Ana südü ilə qidalanma körpələrdə xəstəlik riskini azaldır Həkim
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ana südünün faydaları haqqında danışarkən, ilk növbədə qeyd etmək istəyərdim ki, ana südü körpələrimiz üçün ən təbii və ən ideal qidadır. Ana südünün tərkibi o qədər ideal şəkildə balanslaşdırılmışdır ki, bu, alimlər tərəfindən həm təbiət fenomeni, həm də qızıl standart kimi adlandırılır. Onun tərkibində olan yağlar, zülallar, karbohidratlar və vitaminlər çox ideal nisbətdədir. Bu da uşaqlarımızın sağlamlığının formalaşmasında, onların sinir-psixi inkişafında çox böyük əhəmiyyət kəsb edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova bildirdi.
Həkimin sözlərinə görə, ana südü ilə qidalanan uşaqlarda, süni qidalanan uşaqlarla müqayisədə, bir sıra xəstəliklərə daha az rast gəlinir:
"Bunlara həzm sistemi xəstəlikləri, ishal, qəbizlik, infeksion xəstəliklər, yuxarı tənəffüs yollarının infeksiyaları, sidik yollarının infeksiyaları və orta qulağın iltihabi xəstəlikləri daxildir. Digər uşaqlarla müqayisədə, ana südü ilə qidalanan uşaqlarda bu xəstəliklər daha az müşahidə olunur. Xüsusilə qeyd etmək istəyərəm ki, ana südü ilə qidalanan uşaqlarda sonrakı yaş dövründə allergik xəstəliklərə, piylənməyə və II tip şəkərli diabetə daha az rast gəlinir. Həmçinin ana südünün tərkibində olan yağ turşuları o qədər zəngindir ki, onlar beynin inkişafında, mərkəzi sinir sisteminin formalaşmasında, xüsusilə də koqnitiv inkişafda mühüm əhəmiyyət kəsb edir. Sonda qeyd etmək istəyərəm ki, ana südü sağlam gələcəyimiz və sağlam nəslimizin formalaşması üçün çox gözəl bir başlanğıcdır".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 05 Avqust 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















