Icma.az
close
up
RU
Ana südünü necə artırmaq olar?

Ana südünü necə artırmaq olar?

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ana südünü artırmaq üçün ilk növbədə analarımıza tövsiyə edərdim ki, gündəlik rejimlərinə riayət etsinlər. Həm istirahət rejiminə, həm də qida rasionuna xüsusi diqqət yetirməlidirlər. Ana orqanizmi sutka ərzində lazım olan maye tələbatını mütləq ödəməlidir ki, kifayət qədər süd istehsal olunsun. Elmi ədəbiyyata əsasən, analara gündə təxminən 2,5-3 litr maye qəbul etmək tövsiyə olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova dedi.

Həkim vurğuladı ki, qidalanma da zülal və vitaminlərlə zəngin olmalıdır:

"Çünki həm ananın enerji tələbatı ödənməli, həm də ana südünün istehsalı üçün orqanizmin ehtiyacı qarşılanmalıdır. Ana südü verən qadınlara pəhriz saxlamaq tövsiyə olunmur. Onların gündəlik qida rasionunun enerji dəyəri 1800 kaloridən aşağı olmamalıdır. Çünki hər hansı pəhriz həm süd istehsalına, həm də körpənin kifayət qədər ana südü ilə qidalanmasına mənfi təsir göstərə bilər. Buna görə də analara tövsiyə edirik ki, yuxu rejiminə riayət etsinlər, stress və gərginlikdən uzaq olsunlar. Bunlar ana südünün istehsalına müsbət təsir göstərən əsas amillərdəndir.

Bundan əlavə qeyd etmək istərdim ki, ana südünü artırmağın ən effektiv yollarından biri körpəni tez-tez döşlə əmizdirməkdir. Körpənin tez-tez əmizdirilməsi və lazım gəldikdə südün sağılması da süd istehsalının artmasına kömək edir. Əgər sadaladığımız bütün tövsiyələrə baxmayaraq ana südünün az olduğunu düşünürsə, bu zaman laktasiya üzrə mütəxəssisə müraciət etməsi tövsiyə olunur".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see526

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see268

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see254

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see251

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see242

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see237

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see236

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see232

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see221

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see219

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see218

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see210

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see210

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see208

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see202

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see196

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see195

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see192

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see189

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri