Icma.az
close
up
RU
Çoxmərkəzli dünya: istifadə üçün təlimat

Çoxmərkəzli dünya: istifadə üçün təlimat

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Valday Forumunun “dərsləri” və XXI əsrin siyasi fəlsəfəsi üzərində düşüncələr

Müasir beynəlxalq sistem XX əsrin ikinci yarısından bəri görünməmiş transformasiya mərhələsinə qədəm qoyub. Qərb mərkəzli, liberal qaydalara əsaslanan, Vaşinqton və Brüssel oxunun diktə etdiyi “vahid qaydalar sistemi” artıq reallıqda fəaliyyət qabiliyyətini itirib. Ukrayna böhranı, Yaxın Şərqdə silsilə müharibələr, enerji və ərzaq böhranları, sosial parçalanma və ideoloji təzadlar göstərir ki, dünya keçmişin hegemon modelləri ilə idarə oluna bilmir. 2 oktyabr 2025-ci ildə Soçidə keçirilən XXII “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Çoxmərkəzli dünya: istifadə üzrə təlimat” adlı məruzəsində bu fikirlər səsləndi. Forumda səslənən fikirlər bir daha göstərdi ki, beynəlxalq münasibətlər yeni mərhələyə - polisentrlik və sivilizasion balans mərhələsinə daxil olur. Bu, təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də dəyərlər, mədəniyyətlər və etik normalar müstəvisində yeni düşüncə tələb edir.

XX əsrin sonlarında SSRİ-nin süqutu Qərbə tarixi üstünlük qazandırdı. ABŞ və onun müttəfiqləri liberal demokratiyanı universal model kimi təqdim edərək “vahid dünya nizamı” qurmaq cəhdinə başladılar. NATO-nun Şərqə doğru genişlənməsi, beynəlxalq hüququn selektiv tətbiqi, resursların qeyri-bərabər bölüşdürülməsi bu nizamın mahiyyətini açıq göstərdi. Lakin XXI əsr sübut etdi ki, hegemonluq nə əbədi, nə də effektivdir. ABŞ və Avropa dövlətləri indi daxili siyasi böhranlar, sosial parçalanma, milli kimlik böhranı, ideoloji ziddiyyətlərlə üz-üzədir. Bu, “post-hegemon dövrü”nün başlanğıcıdır. Yeni nizamda heç bir dövlət təkbaşına qlobal prosesləri müəyyən edə bilmir. Hər bir aktor - istər Avrasiya gücləri, istərsə də Afrika və Latın Amerikası ölkələri - artıq öz səsini eşitdirmək istəyir. Müasir beynəlxalq münasibətlər sistemi artıq yalnız hərbi güc balansı və ya böyük dövlətlərin blok siyasəti üzərində qurulmur. İndi yeni dünya düzəni daha çox dəyərlərə əsaslanır - yəni qarşılıqlı hörmət, əməkdaşlıq, konsensus və mədəni müxtəlifliyin qəbul edilməsi həlledici rol oynayır.

“Polisentrlik” anlayışının izahını verəndə qeyd edirik ki, əvvəllər çoxqütblülük (məsələn, ABŞ - SSRİ qarşıdurması) yalnız güc mərkəzlərinin sayını göstərirdi: birqütblü, ikiqütblü və ya çoxqütblü dünya. Müasir “polisentrlik” isə sadəcə güc mərkəzlərinin çoxluğu deyil, həm də çoxsəslilik deməkdir. Bu, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dəyərlərin beynəlxalq sistemdə iştirak etməsi, öz töhfəsini verməsi deməkdir. Məsələn Qərb dünyası demokratiya və insan hüquqları dəyərlərini önə çıxarır, Şərq sivilizasiyaları harmoniyanı, kollektiv məsuliyyəti və ənənəni ön plana çəkir, İslam dünyası isə ədalət, mənəviyyat və ictimai həmrəyliyi vurğulayır. Yeni dünya düzəni o zaman dayanıqlı ola bilər ki, bu fərqli dəyərlər rəqabət deyil, qarşılıqlı tanınma və hörmət əsasında qlobal sistemdə öz yerini tapsın. Nəticədə isə “Polisentrlik” həm çoxqütblülük (bir neçə güc mərkəzinin olması), həm də çoxsəslilik (fərqli mədəniyyətlərin və dəyərlərin tanınması) deməkdir. Yeni dünya nizamı artıq xəritədə sərhədlərlə deyil, insanların və xalqların dəyərlərinə hörmətlə ölçülür. Hegemon modelin çöküşü regional diplomatiyanın və mədəni diplomatiyanın dirçəlişinə yol açır. Asiya, Afrika və Latın Amerikası dövlətləri artıq “obyekt” deyil, siyasi subyekt kimi çıxış edirlər. Bu, həm də yeni beynəlxalq etik systemin - tarixi məsuliyyət və mədəni hörmət əsasında qurulan diplomatiyanın yaranması deməkdir.

Türk Dünyasının geosiyasi missiyası

Bu yeni reallıqda Türkiyə və Azərbaycan kimi dövlətlərin rolu xüsusi diqqətə layiqdir. Onlar Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayır, “blok” təfəkkürünü rədd edib “əlaqə və balans” modelini irəli sürürlər. Azərbaycanın çoxvektorlu siyasəti, enerji diplomatiyası, nəqliyyat dəhlizləri (Zəngəzur, Orta Dəhliz, Bakı-Tbilisi-Qars) və multilateral təşəbbüsləri onun Avrasiya inteqrasiyasında strateji qovşaq kimi əhəmiyyətini artırır. Türkiyə isə NATO üzvü olmaqla yanaşı, Böyük Avrasiya Konsepsiyası çərçivəsində Asiya gücləri ilə əlaqələri dərinləşdirir, eyni zamanda İslam dünyasının lider dövlətlərindən biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı (TDT) artıq sadəcə mədəni birlik deyil- iqtisadi və siyasi aktor statusu qazanır. Bu birlik Avrasiyanın geoiqtisadi xəritəsini dəyişmək gücündədir. Valdayda səslənən əsas ideyalardan biri “təhlükəsizliyin bölünməzliyi” prinsipidir. Əgər bir dövlətin təhlükəsizliyi digərlərinin hesabına qurulursa, bu, dayanıqlı sülh yaratmır. Bu prinsip Azərbaycan və Türkiyənin regional siyasətində də aydın görünür. Cənubi Qafqazda yeni reallıq - Qarabağ münaqişəsinin ədalətli həlli, suverenliyin bərpası və sülh gündəliyinin təşviqi - münaqişədən sonra ədalətli nizamın mümkünlüyünü sübut etdi. Bu, gücə əsaslanan deyil, hüquqa, razılaşmaya və qarşılıqlı hörmətə əsaslanan modeldir. Öz inkişaf yolunu böyük dövlətlərin hegemoniyasından kənarda müəyyən edən dövlətlər - artıq qlobal siyasətdə real qüvvədir.BRİKS, ŞƏT, TDT, ASEAN və Afrika İttifaqı kimi platformalar alternativ mərkəzlərin formalaşmasını təsdiqləyir. Bu birliklərin ortaq cəhəti - bərabərhüquqlu əməkdaşlıq, qeyri - ideoloji yanaşma və qarşılıqlı fayda prinsipidir. Onlar “kimin əleyhinə” deyil, “öz inkişafları üçün” fəaliyyət göstərirlər. Beləliklə, XXI əsr diplomatiyasının paradiqması “geosiyasi nəzarət”dən “geoiqtisadi paylaşma”ya keçir.

Yeni beynəlxalq nizamın əsasında yalnız iqtisadi maraqlar deyil, sivilizasiya suverenliyi dayanır. Xalqların tarixi kimliyinə, dini və mədəni dəyərlərinə hörmət olmadan universal dəyərlər sistemi qurmaq mümkün deyil. Qərbin “vahid model” cəhdləri iflasa uğrayıb, çünki mədəni müxtəliflik tarixin obyektiv reallığıdır. Bu mənada türk-islam sivilizasiyası - etik ədalət, ailə institutunun qorunması, kollektiv məsuliyyət və mənəvi sabitlik dəyərləri ilə - yeni dövrdə balanslaşdırıcı faktor kimi çıxış edə bilər.

Valdayda səslənən fikirlər göstərdi ki, XXI əsrin diplomatiyası təkqütblü diktədən çoxqütblü dialoqa keçir. Artıq “böyük dövlətlərin diktəsi” yerini sivilizasiyalı razılaşmalara, yaradıcı kompromislərə verir. Bu diplomatiya şəffaflıq, qarşılıqlı hörmət və milli kimliyə hörmət üzərində qurulur. Azərbaycan və Türkiyə bu yeni modelin önündə gedən dövlətlərdəndir. Bakı “Qoşulmama Hərəkatı”nın sədrliyi dövründə ədalətli beynəlxalq nizamın təşviqinə böyük töhfə verdi. Ankara isə humanitar diplomatiya, vasitəçilik təşəbbüsləri (Suriya, Ukrayna, Qara dəniz taxıl dəhlizi və s.) ilə yeni tipli vasitəçi dövlət modelini təqdim etdi. Valday Forumu bir daha göstərdi ki, dünya monolit deyil - mozaikadır. Bu mozaikanın davamlılığı isə onun müxtəlifliyinə hörmətdən asılıdır. Yeni dünya düzəni artıq bir mərkəzin diktəsi ilə deyil, çoxsaylı mərkəzlərin razılığı ilə formalaşır. Bu reallıqda Azərbaycan və Türkiyə kimi dövlətlər - mədəniyyətlərarası körpü, regional sabitlik dayağı və beynəlxalq ədalətin müdafiəçiləri kimi strateji rol oynayır. Gələcəyin diplomatiyası artıq “hakimiyyət oyunu” deyil, “sivilizasiya dialoqu”dur və bu dialoqun ən güclü səsi türk dünyasından gəlir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see331

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see253

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see202

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see199

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see191

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see175

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see171

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see166

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see164

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see164

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see160

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see159

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see158

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see156

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see155

Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

14 Avqust 2026 07:39see155

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see154

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see147

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri