Icma.az
close
up
RU
Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad edildi

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad edildi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib.

Moderator.az "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Ötən ilin yayında baş vermiş hadisənin istintaq materiallarında yazır ki, Kainat Namazov anlaqsız vəziyyətdə anası Sevinc Namazova və bacısı Aliyə Namazovanı çəkiclə başlarına vura-vura qətlə yetirib (daha əvvəl cinayət aləti kimi baltadan istifadə edildiyi bildirilmişdi - red.). Bundan sonra isə o, yaşadıqları evi yandıraraq əmlakı qəsdən məhv edib.

Xüsusilə ağır cinayət əməlinə görə həbs edilən Kainatın tibbi ekspertizası onun anlaqsız olduğunu təsdiq edib. Bu əsasla prokuror da onun cəzadan azad edilərək məcburi müalicəyə cəlb edilməsini istəyib.

Amma Kainat özü məhkəmədə gözlənilməz ifadə verib. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyini, cinayəti də necə və hansı şəraitdə törətdiyini xatırladığını bildirib. Kainat ana və bacısını elə onu psixi xəstə kimi qələmə vermələri, müxtəlif vaxtlarda xəstəxanada yatmağa məcbur etdikləri üçün öldürdüyünü deyib.

Təqsirləndirilən şəxsin bu dediklərinə baxmayaraq, məhkəmə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyini sübuta yetirilmiş hesab edib.

Qərara əsasən, Kainat cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Qeyd edək ki, K.Namazovun atası Elbrus Namazov keçmiş məmur olub. O, uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 May 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri