Icma.az
close
up
RU
Ermənistan Azərbaycandakı “müharibə cinayətkarlarından” imtina edir

Ermənistan Azərbaycandakı “müharibə cinayətkarlarından” imtina edir

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakıda saxlanılan erməni şəxslərin azad edilməsini şərt kimi irəli sürmək niyyətində deyil”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı bildirib.

Nazirin sözlərinə görə, saxlanılan şəxslərin qaytarılması məsələsinin sülh müqaviləsinin imzalanması ilə birbaşa əlaqələndirilməsi danışıqlar prosesini dalana dirəyə bilər: “Siz dediyiniz kimi etsək onlar qaytarılmayana qədər müqaviləni imzalamayacağıq. Bununla sülhə yaxınlaşacağıq yoxsa ondan uzaqlaşacağıq?”- Mirzoyan belə deyib.

O, qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və sonrakı mərhələdə əməkdaşlığın inkişaf etdirilməsi digər problemlərin də həllinə imkanlar yarada bilər: “Əgər indi müqaviləni imzalasaq və ayrı-ayrı məsələlər üzrə tədricən əməkdaşlıq etsək, gec-tez digər problemlərin həllinə imkan verən vəziyyət yaranacaq”,- deyə Ermənistan XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirdiyi görüşdə Azərbaycanda həbsdə olan müharibə cinayətkarlarının azadlığa buraxılmasını gündəmə gətirib. Paşinyan Azərbaycan tərəfi ilə aparılan bütün danışıqlarda qondarma rejimin rəhbərləri də daxil olmaqla terrorçuların həbsdən azad edilməsi məsələsini qaldırdıqlarını deyib:

“Məhbus problemi reallığımızın ən vacib məsələlərindən biridir. Lakin bunu həll etmək üçün sülhü möhkəmləndirməliyik. Əks halda, məsələ həll olunmayacaq. Məhbusların mövcudluğu düşmənçilik atmosferini əks etdirir. Əgər düşmənçilik güclənərsə, bu, məsələnin mütləq 100 faiz həll olunmayacağı anlamına gələcək. Diplomatik təmaslar zamanı Ermənistan hakimiyyəti Bakıda saxlanılan ermənilərin məsələsini həmişə qaldırır və onların azad edilməsinə yönəlmiş səylərdən əl çəkmək niyyətində deyil”-deyə Paşinyan bildirib.

Lakin Ararat Mirzoyanın son açıqlaması Paşinyanın sözləri ilə ziddiyyət təşkil edir. Baş nazir müharibə cinayətkarlarının azad edilməsi üçün sülhü vasitə hesab edirsə, Ermənistanın XİN rəhbəri ümumiyyətlə, bu mövzunu müzakirə etməyin əleyhinə çıxır. Ararat Mirzoyan hesab edir ki, Ermənistan tərəfinin məhbuslar məsələsini qaldırması sülh prosesinə zərbə vura bilər.

Yəni Ermənistanın Baş naziri sülh müqaviləsinin imzalanmasında kompromis variant təklif edir. Azərbaycanla Ermənistan yekun sülh sənədini imzaladıqdan sonra hər iki cəmiyyətdə barışığın tam bərqərar olması üçün müharibə canilərinin sərbəst buraxılmasını vacib hesab edir. Bu isə sülh sazişi üçün ilkin şərtin irəli sürülməsi deməkdir. Ancaq həmin separatçılar Azərbaycan xalqına qarşı düşmənçilik edib, soyqırım və kütləvi qətllər törədib. Belə olan halda, onların azadlığa buraxılması ilə Azərbaycan cəmiyyətində düşməncilik atmosferinin aradan qalxacağını demək absurd yanaşmadır. Digər tərəfdən, həbsdə olan müharibə cinayətkarları Azərbaycan vətəndaşlarıdır və Ermənistan onların azadlığa buraxılmasını tələb edə bilməz.

Ararat Mirzoyanın açıqlaması Ermənistan hakimiyyəti daxilində müharibə cinayətkarları məsələsinə münasibətdə fikir ayrılığının olması kimi də başa düşülə bilər. Ermənistanın xarici işlər nazirini Baş nazirə qarşı çıxmağa xarici təzyiq amilinin də vadar etdiyi istisna olunmur. Çünki ABŞ və Avropa Ermənistandan sülh sazişinin tezliklə imzalanmasını tələb edir. Bu, Avropa Siyasi Birliyininnoyabrın İrlandiyada keçirilən sammitində bir daha Nikol Paşinyanın nəzərinə çatıdırılıb. Almaniyanın xarici işlər naziri Vandefulun Bakıdan sonra İrəvana səfəri zamanı aparılan danışıqların əsas mesajı da qısa müddətdə sülhə nail olmaq və bu istiqamətdə mövcud olan bütün maneələrin aradan qaldırılması idi.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri