Xankəndidə tarixi futbol günü EKSKLÜZİV GÖRÜNTÜLƏR
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda ilk futbol həyəcanı yaşanır.
İdman.Biz-in Xankəndiyə ezam olunan əməkdaşı arenadan eksklüziv görüntülər lentə alıb.
Qarabağın idman tarixində xüsusi yeri olan Xankəndi şəhər stadionu yenidən futbol azarkeşlərini qəbul edir. Əməkdaşımız arenada keçirilən ilk oyunun ab-havasını və yenilənmiş stadionun müasir infrastrukturunu lentə alıb.
Stadionun tikintisinə 1955-ci ildə başlanılıb, arena 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın “Qarabağ” klubu ev oyunlarını məhz bu stadionda keçirib.
2023-cü ildə stadionda bərpa və yenidənqurma işlərinə başlanılıb. Həmin il dekabrın 21-də burada “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun oyunu keçirilib.
2026-cı il noyabrın 7-də əsaslı yenidənqurmadan sonra stadionun açılışı olub. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılan arena 8 554 tamaşaçı tutumuna malikdir.
Müasir futbol meydançası, atletika zolaqları və yenilənmiş infrastrukturu ilə Xankəndi şəhər stadionu Qarabağın idman həyatında yenidən mühüm mərkəzə çevrilib.
Qeyd edək ki, bu gün Birinci Liqanın səkkizinci turu çərçivəsində “Xankəndi” komandası doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək. Saat 16:00-da başlayacaq qarşılaşmanı baş hakim Kamranbəy Rəhimov idarə edəcək.


Araz Xəlilli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















