Icma.az
close
up
RU
Anadangəlmə xəstəliklərin sayı yenə ARTDI Uşaqlarda görülən əsas inkişaf qüsurları nələrdir?

Anadangəlmə xəstəliklərin sayı yenə ARTDI Uşaqlarda görülən əsas inkişaf qüsurları nələrdir?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təəsüflər olsun ki, ölkəmizdə uşaqlar arasında anadangəlmə anomaliyaların yəni, inkişaf qüsurlarının, deformasiyaların, xromosom pozuntularının sayı artıb.
Belə ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən, bu göstəricilər 2021-ci ildə 2179, 2022-ci ildə 2625, 2023-cü ildə isə 3150 olub.
Mütəxəssislər bu artımın səbəbləri və qarşısının alınmasıyla bağlı müxtəlif fikirlər səsləndirirlər.
Bizim.Media-ya açıqlama verən pediatr Aytən Ziyadova bildirib ki, bu halların artması genetik, ekoloji, sosial və tibbi amillərin birgə təsiri ilə izah olunur.
Pediatr  artımın səbəbi kimi ilk olaraq genetik faktorları göstərib:
“Genetik faktorlara qohum evlilikləri, ailədə genetik xəstəlik daşıyıcılığının olması, genetik mutasiyaların ötürülməsi aiddir.
Ananın hamiləlik dövründə zərərli kimyəvi maddələrə, o cümlədən, radiasiyaya məruz qalması, ətraf mühitin çirkliliyi, inkişaf qüsurlarını yaradan ekoloji faktorlardır.
Ananın hamiləlik zamanı infeksion xəstəliklər (rubella, sitomeqalovirus, toksoplazmoz)  keçirməsi, şəkərli diabet, hipertoniya və digər xroniki xəstəliklərə sahib olması, yetərsiz qidalanması və vitamin çatışmazlığı, həmçinin, hamiləlik zamanı siqaret çəkməsi, spirtli içkilər və narkotik maddələrdən istifadə etməsi də qeyd olunan səbəblərdəndir”.
Pediatr  bəzi tibbi xidmətlərin yetərli olmamasını da uşağın inkişafına mənfi təsir etdiyini vurğulayıb.
“Hamiləlik dövründə prenatal müayinələrin yetərsiz aparılması, erkən diaqnostikanın və genetik skrininqin olmaması uşağın inkişafında problem yarada bilər”.
Uşaqlarda görülən əsas inkişaf qüsurlları nələrdir?
Aytən Ziyadovanın sözlərinə görə, anadangəlmə ürək-damar sistemi pozğunluqları, onurğa sütunu və beyində qüsurlar (məsələn, spina bifida) böyrək, ağciyər və qaraciyər inkişafının qüsurları daun sindromu, turner sindromu, klinefelter sindromu kimi genetik sindromlar əzalarda anomaliyalar, dodaq-damaq yarığı kimi uşaqlarda əsas müşahidə edilən anomaliyalardır:
“Bunlar adətən genetik uyğunluğun olmamasından, hamiləlik zamanı düzgün müalicə və baxımın aparılmamasından, fol turşusu və digər vitamin çatışmazlığından irəli gəlir”.
Müsahibimiz ilk olaraq təhsil və maarifləndirmənin, sonra isə hamiləlik planlamasından əvvəl genetik müayinələrin təşviqini, ailələrə qohum evliliklərinin riskləri barədə məlumat verməyi həll yolu kimi təklif edib:
“Hamiləlik zamanı ultrasəs və genetik testlərin aparılması, erkən diaqnostika üçün prenatal skrininqlərin tətbiqi, siqaret və spirtli içkilərdən uzaq durmaq lazımdır.
O cümlədən, bu dövrdə sağlam qidalanmalı və vitamin əlavələrinin qəbul edilməlidir. Əgər ekoloji mühit yaxşı deyilsə, yaxşılaşdırılmalı, çirklənmiş mühitlərdə yaşayan hamilələrə dəstək verilməl, pestisid və ağır metallarla təmas azaldımalıdır.
Hamiləlik dövründə həkim nəzarəti doğuşdan əvvəl və sonra uşaq sağlamlığının diqqətli izlənməsi də önəmli məqamlardır”.
Aytən Ziyadova sonda qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsi ilə anadangəlmə xəstəliklərin qarşısını almaq mümkündür. Azərbaycanın səhiyyə sistemi bu sahədə əlavə maarifləndirmə və genetik müayinə proqramlarını gücləndirməlidir.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri