Icma.az
close
up
RU

Anadolu qladiator filmlərinin çəkildiyi MƏKAN

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qladiator döyüşləri filmlərdə nə qədər möhtəşəm görünürsə, onların Anadoludakı həqiqi tarixini kəşf etmək də bir o qədər maraqlıdır. Bir həqiqət var ki, Anadolu öz tarixi, zənginliyi, kökləri ilə hər zaman diqqət çəkir.

Dünyada milyonlarla insan Ridley Skottun məşhur "Qladiator" filminin davamını izləyir. Qılınclar, döyüşlər, adrenalin dolu anlar – bu səhnələr insanı valeh edir! Amma bilirdinizmi ki, qladiator döyüşlərinin ən məşhur olduğu yerlərdən biri Anadolu torpağıdır?

Tarixə nəzər salsaq görərik ki, Roma dövründə Anadolu qladiator mədəniyyətinin mərkəzlərindən birinə çevrilmişdi. Bu gün Türkiyənin qədim şəhərlərində qladiatorların izlərini görmək mümkündür. Stadionlar, teatrlar, hətta onların gündəlik həyatından qalan əşyalarına burada rast gələ bilərsiniz.
2024-cü il "Türk Arxeologiyasının Qızıl Dövrü" elan edilib və qazıntılardan daha çox məlumat əldə ediləcəyi gözləniləndir.
 

Efes - Qladiatorların ilk səhnəsi
 

Efes qədim Roma dövründə qladiator döyüşlərinə ev sahibliyi edən ilk Anadolu şəhərlərindən biri idi. Şəhərdə döyüşlərdən əvvəl musiqi səslənir və əsl bayram əhval-ruhiyyəsi yaranırdı. Qladiatorların döyüşdüyü teatr və stadionun qalıqları bu gün də orada mövcuddur. Əgər diqqətlə baxsanız, divarlarda onların qrafitlərini görə bilərsiniz. İzmirdəki Efes muzeyində isə qladiatorlara aid lampalar, məzar daşları və digər gündəlik əşyalar sərgilənir. Yay aylarında "Gecə muzeyləri" layihəsi çərçivəsində gecə vaxtı Efesi ziyarət edib gözəllikdən zövq almaq mümkündür.
 

Hierapolis - Qladiator qaydalarının tərtib edildiyi şəhər
 

Hierapolis şəhəri Pamukkale travertenlərinin yaxınlığında yerləşir və tarixi şəfalı suları ilə tanınır. Amma bu şəhər eyni zamanda qladiator döyüşlərinin qaydalarının yazıldığı yer kimi də məşhurdur. Hierapolis muzeyində qladiatorlara aid yazılar və təsvirlər görmək olar. Şəhərdə döyüşlər qaydalara uyğun şəkildə keçirilib və bu döyüşlərə hakimlər nəzarət edirdi.
 

Stratonikeia - Qladiatorların təlim yeri
 

Muğlanın Stratonikeia şəhəri qədim dövrlərdə "Qladiatorlar şəhəri" kimi tanınıb. Burada antik dövrün ən böyük gimnaziyası inşa olunmuşdu. Qladiatorlar burada təlim keçib, döyüşlərdə iştirak edib və hətta təqaüddən sonra da burada yaşayırdılar. Şəhərdə qladiatorlara aid məzar daşları aşkar edilib və ziyarətçilər üçün sərgilənir.
 

Afrodisias - Qladiatorların alqışlandığı şəhər
 

Afrodisias şəhəri təkcə mərmər heykəlləri ilə deyil, həm də böyük stadionu ilə tanınır. Bu stadion qladiator döyüşlərinin keçirildiyi möhtəşəm bir məkan idi və 30000 tamaşaçı qəbul edə bilirdi. Burada gəzişərkən sanki qədim tamaşaçıların alqış səslərini eşidirsiniz. Qladiatorların arenaya girdiyi tunellər bu gün də qorunub saxlanılıb.
 

Kibyra - Qladiatorların mirası
 

Kibyra şəhəri qladiator döyüşlərinin ən məşhur olduğu yerlərdən biridir. Şəhərdə qədim dövrə aid qladiator təsvirləri və stadion qalıqları bu gün də saxlanılıb. Qladiatorların qəbir daşları və digər artefaktlar burada sizi o dövrlərə aparacaq.
 

Anadolunun qladiator şəhərlərini ziyarət edənlərin unudulmaz tarixi anlar yaşaması şübhəsizdir. Gedib, görməyə dəyər.


 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri