Icma.az
close
up
RU
Anakliya layihəsinin birinci mərhələsi 2029 cu ilə qədər başa çatdırıla bilər

Anakliya layihəsinin birinci mərhələsi 2029 cu ilə qədər başa çatdırıla bilər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 25 may, AZƏRTAC

Anakliya layihəsinin birinci mərhələsinin 2029-cu ilə qədər başa çatması tamamilə realdır. Sinqapur konsorsiumu ilə danışıqlar davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.

“Layihənin artıq həyata keçirilməyə başladığını nəzərə alsaq, prosesləri müəyyən bir nöqtəyə qədər sürətləndirmək olar. Çox tezliklə əməkdaşlığın davam etdirilməsinin konkret detalları ilə bağlı qərar verilməlidir” – deyə, hökumət başçısı bildirib.

Onun sözlərinə görə, müqavilənin maliyyə tərəfi xeyli azaldılıb. Dövlət qazıntı işlərinə, dalğaqıran qurğunun quraşdırılmasına daha az pul xərcləməli olacaq. Müvafiq olaraq, layihənin birinci mərhələsinin 2029-cu ilə qədər başa çatması gözlənilir.

“Paralel olaraq, biz yol, dəmir yolu üzərində işləyirik, bu da real bir prosesdir. Bütün layihələr müvafiq müddətlər ərzində həyata keçiriləcək”, - deyə İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, hazırda Gürcüstanda Batumi və Poti limanları fəaliyyət göstərir. Əsas yüklər Poti limanı vasitəsi ilə daşınır. Lakin bu liman 1500 konteynerdən çox yükü olan gəmiləri qəbul edə bilmir. Anakliya limanının tikintisi Gürcüstan hökumətinin ölkənin yükdaşıma potensialını artırmaq, Şərqlə Qərbi birləşdirmək üçün “Böyük İpək Yolu”na qoşulmaq məqsədi ilə 2016-cı ildə hazırlanmış layihədir. Limanın tikintisinə 2017-ci ilin dekabrında başlanılsa da 6 ay sonra tikinti işləri dayandırılıb. Gürcüstan hökuməti limanın tikintisi ilə əlaqədar 2016-cı ildə tender elan edib. Tenderdə TBS Holding və Amerikanın “Conti İnternational LLC” kompaniyasının birgə yaratdığı “Anakliya Holding JSC” şirkətinin “Anakliya limanının İnkişaf Konsorsiumu” qalib gəlib. Lakin 2020-ci ildə Gürcüstan hökuməti maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən “Anakliya Limanının İnkişaf Konsorsiumu” ilə müqaviləni ləğv edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri