Icma.az
close
up
RU
Analar dünyadan vaxtsız getməsin…

Analar dünyadan vaxtsız getməsin…

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar ölkəmizdə doğuş zamanı ana ölümü ilə bağlı statistika ciddi narahatlıq doğurur. Ötən il, ümumilikdə, 26 ana ölümü qeydə alınıb. Diqqətçəkən əsas məqam isə şəhər və kənd yerlərindəki göstəricilərin fərqli olmasıdır.

Rəsmi məlumata əsasən, şəhərlərdə hər 100 min diri doğulan uşağa düşən ana ölümü göstəricisi 1 il ərzində 12,2-dən 22,1-ə yüksələrək 81,1 faiz artıb. Kənd yerlərində isə əksinə, bu rəqəm 43,4-dən 31,7-yə düşüb. 2025-ci ildə qeydə alınan ana ölümlərinin 10-u şəhər, 16-sı isə kənd yerlərinin payına düşüb. 

Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin son hesabatlarına görə, dünya miqyasında ana ölümü göstəricilərində müəyyən irəliləyişlər əldə edilsə də, bu sahədə hələ də çətinliklər qalmaqdadır. Dünyada hər il hamiləlik, doğuş və ya doğuşdan sonrakı dövrdə yaranan ağırlaşmalar səbəbindən, təxminən, 260 minə yaxın ana həyatını itirir ki, bu da hər iki dəqiqədə bir qadın ölümü deməkdir. 

Dünya üzrə ümumi statistikaya nəzər saldıqda məlum olur ki, hər 100 min diri doğulana düşən ana ölümü əmsalı, təxminən, 197 nəfər təşkil edir. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı qarşısına məqsəd qoyub ki, 2030-cu ilə qədər qlobal miqyasda hər 100 min diri doğuşa düşən ana ölümünün sayı 70-dən aşağı salınsın. Bu bəşəri bir hədəfdir. Ayrılıqda götürəndə isə dünyaya övlad gətirən 1 ananın da həyatını itirməsi faciə sayılmalıdır.

Beynəlxalq ekspertlərin fikrincə, dünya üzrə ana ölümlərinin əsas səbəbləri, təxminən, 75 faiz hallarda eyni amillərlə bağlıdır: doğuşdan sonra baş verən şiddətli qanaxmalar, infeksiyalar, hamiləlik dövründə yüksək qan təzyiqi, doğuş ağırlaşmaları və təhlükəli abortlar. İnkişaf etmiş ölkələrdə bu fəsadların qarşısı vaxtında və keyfiyyətli tibbi xidmət hesabına alınır. Resursların az olduğu bölgələrdə isə ixtisaslı tibb işçilərinə və ilkin səhiyyə xidmətlərinə çıxışın məhdudluğu bu cür faciəvi halların önlənməsini çətinləşdirir.

ÜST-ün “ömür boyu ana ölümü riski” göstəricisi də iqtisadi inkişaf səviyyəsinin ana sağlamlığına birbaşa təsirini aydın şəkildə əks etdirir.  Belə ki, yüksəkgəlirli ölkələrdə 15 yaşına çatmış hər 7 min 933 qızdan yalnız 1-nin hamiləlik və ya doğuş ağırlaşmalarından ölmə ehtimalı olduğu halda, aşağı gəlirli ölkələrdə hər 66 qızdan 1-i bu səbəbdən həyatını itirir. Başqa sözlə, yoxsul ölkələrdə qadınların ana ölümündən həlak olma riski inkişaf etmiş ölkələrlə müqayisədə, təxminən, 120 dəfə yüksəkdir.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən tibb məsələləri üzrə ekspert  Adil Qeybulla ana ölümlərinin artmasını hamiləlikdən əvvəl qadının sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməməsi ilə əlaqələndirdi:

– Ölkəmizdə ana ölümlərinin sayı daha çox doğuşla bağlı baş verir və əsasən hamilə qadınların payına düşür. Təcrübə göstərir ki, bu fəsadlar azalmaq əvəzinə, ciddi problem kimi qalmaqda davam edir.

Bu vəziyyətin əsas səbəblərindən biri hamiləliklərin öncədən planlaşdırılmamasıdır. Bir çox hallarda qadının ümumi sağlamlıq vəziyyəti və orqanizminin bu prosesə hazırlığı əvvəlcədən tibbi yoxlanışdan keçirilmir. Yalnız hamiləliyin sonuna yaxın fəsadlar yarandıqda həkimə müraciət edilir ki, bu mərhələdə də doğuş zamanı vəziyyəti ağırlaşdıra biləcək yanaşı xəstəliklər üzə çıxır.

Məsələn, hepatit B xəstəliyi fulminant qaraciyər çatmazlığı yarada bilər. Eyni zamanda, sirroz, böyrək çatışmazlığı, ana ilə döl arasında qan və ya rezus uyğunsuzluğu, həmçinin gizli gedən onkoloji proseslər və hemofiliya kimi problemlər hamiləlikdə ciddi fəsadlar törədir. Lakin insanlar çox vaxt müəyyən yaşa çatsalar belə, orqanizmlərindəki gizli xəstəliklərdən xəbərsiz olurlar, vaxtında müayinədən keçmir və həkimə müraciət etmirlər. Bütün bunların nəticəsində doğuş zamanı yaranan ağırlaşmalar çox vaxt ananın həyatını itirməsi ilə nəticələnir. Ümumiyyətlə, hamiləlik insan orqanizmində yeni həyatın formalaşmasını və inkişafını təmin edən olduqca məsuliyyətli və mürəkkəb fizioloji prosesdir.

Bu cür ağır nəticələrin qarşısını almaq üçün  hamiləlik öncədən planlaşdırılmalıdır. Valideyn olmağa hazırlaşan qadınlar mütləq qadın məsləhətxanalarında müayinədən keçməlidirlər. Bu zaman orqanizmin həmin prosesə hazır olub-olmadığı dəqiqləşdirilməli, gələcək ana hamiləlik dövrü ərzində həkim nəzarətində saxlanılmalıdır. Dölün ana bətnindəki vəziyyətindən tutmuş bütün fizioloji göstəricilərə qədər hər detal hamiləlik boyu izlənməlidir və bu, qadının təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Təəssüf ki, doğuş prosesində hər zaman müəyyən risklər mövcuddur və bunu unutmaq qətiyyən olmaz. Məhz buna görə də gizli xəstəliklərin və yarana biləcək ağırlaşma risklərinin əvvəlcədən aşkarlanması əsas şərtlərdən biridir.

Ekspert qeyd etdi ki, ana ölümlərinin qarşısının alınması üçün kompleks tədbirlər görülməli, ilk növbədə, tibbi xidmətin əlçatanlığı təmin edilməlidir:

– Xüsusilə bölgələrdə yaşayan qadınların vaxtında və keyfiyyətli tibbi yardımla əhatə olunması mühüm rol oynayır. Bunun üçün rayon yerlərində fəaliyyət göstərən həkim və mama-ginekoloqların peşəkarlıq səviyyəsinin artırılması, müasir tibbi avadanlıqlarla təchizatın gücləndirilməsi və təcili tibbi yardım xidmətinin operativliyinin yüksəldilməsi zəruridir.

Problemin həlli və gələcək fəsadların aradan qaldırılması üçün ana ölümləri sistemli şəkildə araşdırılmalıdır. Hər ölüm hadisəsi dəqiq təşxis olunmalı, yəni ölümün birbaşa səbəbi tam şəkildə müəyyənləşdirilməlidir. El dili ilə desək, meyit "yarılmalı"dır. Yalnız bu araşdırmalar sayəsində harada səhvə yol verildiyi öyrənilə bilər ki, gələcəkdə başqa analar eyni səbəbdən həyatını itirməsin.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri