Icma.az
close
up
RU
Analar inananda

Analar inananda

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Gənc və istedadlı yazıçı-dramaturq Ülviyyə Heydərova bir neçə il öncə “İnanıram” adlı pyes yazıb. Bir aktrisanın ifası üçün nəzərdə tutulan əsər artıq uğurlu səhnə ömrünü yaşayır.

“İnanıram” əvvəlcə Dövlət Milli Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin quruluşunda, istedadlı aktrisa Zemfira Əbdülsəmədovanın ifasında hazırlanıb. Əsərin rejissor yozumu, Zemfira xanımın yaratdığı Ana obrazı maraqla qarşılanıb və Bişkekdə keçirilən Beynəlxalq Teatr festivalında mükafata layiq görülüb.
“İnanıram” yenidən səhnədədir. Amma bu dəfə monotamaşaya başqa bir teatr müraciət edib. Dövlət Akademik Musiqili Teatrının maraqlı eksperimentlərlə zəngin repertuarında “İnanıram” da yer alıb. Ana obrazını bu tamaşada Azərbaycan teatrı və kinosunun görkəmli nümayəndəsi, Xalq artisti, “Şöhrət” ordenli Şükufə Yusupova oynayır.

Monopyesin qəhrəmanı Ana ucqar dağ kəndindəki tənha ağacla uzun zamandan sonra yenidən görüşüb söhbətləşir. Onu bu ağacla bağlayan mənəvi bağlar var. İllər öncə gənc arxeoloq kimi bu əraziyə gələndə ilk dəfə rastlaşmışdı bu ağacla, hamilə olduğunu da elə onda öyrənmişdi. Şəhərdə övladını böyüdən Ana oğlunun əlindən tutub dağ kəndinə gələcəyini, həmin ağacı oğluna da göstərəcəyini düşünür, həmişə bu istəklə yaşayır. Təəssüf ki, həyatda hər şey insanın istəyindən asılı olmur, bəzən arzu və istəklər yarımçıq qalır...
Müharibə Ananın arzularını puç edir, yeganə övladını əlindən alır. Üstəlik, oğlu həmin ağacın yerləşdiyi məntəqəni azad edərkən şəhid olur. Övladı şəhid olduğu əraziyə gələn Ana ətrafda baş vermiş amansız savaşa rəğmən ağacın sağ-salamat qalmasından təəccüblənir, onun dibini sulayır, qırılan qol-budağını sarıyır, sanki yaralarına məlhəm qoyur. Savaşda övladını itirən anaların ümumiləşdirilmiş obrazı olan Ananın əzabını, yaşantılarını Şükufə Yusupova böyük ustalıqla yaradır, boş hay-küylə deyil, pıçıltı ilə də insan ömrünə, onun saf arzularına qənim kəsilən müharibələrə qarşı fəryad qoparır. Aktrisanın səhnədəki hər hərəkətini, jestini tamaşaçılar maraqla izləyir.
Tamaşanın quruluşçu rejissoru, istedadlı aktyor və rejissor, Teatr02 studiyasının yaradıcılarından biri Leonid Klets dramaturqun ideyasını, əsərin ruhunu gözəl duya bilib, monotamaşanın daha təsirli alınması üçün müasir texnoloji elementlərdən də yerində istifadə edib. Tamaşanın sonunda müxtəlif dillərdə yazılan “İnanıram” kəlməsi dünyaya bir mesaj kimi qavranılır, bütün bəşəriyyəti savaş əleyhinə birləşməyə, sülhə çağırır.

Monotamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, səs rejissoru və musiqi tərtibatçısı Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti isə Zaur Əliyevdir.
İnanırıq ki, yaradıcı heyətinin səhnədən vermək istədiyi mesajlar ciddi qəbul olunacaq və “İnanıram” hələ uzun müddət Dövlət Akademik Musiqili Teatrının repertuarını bəzəyəcək.
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see411

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see321

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see248

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see226

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see207

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see207

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see204

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see198

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see185

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see184

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see181

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see176

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see165

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see164

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see163

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see163

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see161

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see161

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see156

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri