Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Anaları tərəfindən tənqid edilən yeniyetmələr daha çox özlərinə qapılırlar” PSİXOLOQ ŞƏRH ETDİ

“Anaları tərəfindən tənqid edilən yeniyetmələr daha çox özlərinə qapılırlar” PSİXOLOQ ŞƏRH ETDİ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Son dövrlərdə yeniyetmələr arasında özünəqapanma və sosial izolyasiya halları daha tez-tez müşahidə olunur. Bu tendensiyanın müxtəlif sosial və psixoloji səbəbləri olduğu qeyd olunur.

Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün psixoloqla söhbətləşdik.

Bəs bu halların kökündə hansı amillər dayanır və onların qarşısını almaq üçün nə etmək lazımdır?

Gununsesi.info-ya danışan psixoloq Aynur İsmayılzadə mövzunu belə şərh edib:

“Yeniyetməlik dövrü qızlarda və oğlanlarda orta hesabla 11 yaşından başlayaraq 24 yaşına qədər davam edən bir inkişaf mərhələsidir. Bu dövr iki əsas mərhələyə bölünür: alt yeniyetməlik və üst yeniyetməlik.

Alt yeniyetməlik dövrü – yəni davranış və emosional dəyişikliklərin ən çox müşahidə edildiyi mərhələ – təxminən 11 yaşdan 20 yaşa qədər olan dövrü əhatə edir. Bu mərhələdə uşaqlar həm fiziki, həm də psixoloji baxımdan sürətli bir dəyişmə yaşayırlar. 

Üst yeniyetməlik isə 20 yaşdan 24 yaşa qədər davam edir və bu mərhələdə fərdin şəxsiyyət formalaşması daha sabit, qərarvermə bacarıqları isə daha yetkin xarakter alır.

Yeniyetməlik dövründə qız və oğlan uşaqlarında hormonal balansın dəyişməsi, onların emosional və düşüncə dünyasında müəyyən dalğalanmalara səbəb olur və nəticə etibarilə bu, davranışlarında müxtəlif dəyişikliklərə yol aça bilir.

Adətən yeniyetməlik dövründə qızlar tez-tez özlərini anaları ilə müqayisə edirlər. Düşünürlər ki, “Anam da bir insandır, mən də bir fərdəm. Anam nə edirsə, mən də edə bilərəm, onun kimi davranmalıyam.

Əgər bir yeniyetmə qızın boyu artıq anasına bərabərdirsə, bu, onun düşüncəsində ‘mən də böyümüşəm’ fikrini gücləndirir. O, artıq fikrinin nəzərə alınmasını, istədiyini edə biləcək bir şəxs kimi qəbul olunmağı istəyir və bununla da özünü sübut etməyə çalışır.

Bəzi hallarda bu oğlanlarda daha güclü olur – onlar özlərini tam mənada qəhrəman kimi görmək istəyirlər. Hətta elə anlar olur ki, ataları onların bu “qəhrəmanlıq” iddiasını qəbul edə bilmir.

Ümumilikdə isə, həm yeniyetmə qızlar, həm də oğlanlar fiziki və müəyyən mənəvi baxımdan artıq valideynləri ilə – yəni anaları və ataları ilə – eyni səlahiyyətə malik olduqlarını düşünürlər. Sadəcə olaraq, valideynlər bu dəyişimi qəbul etməkdə çətinlik çəkirlər”.

Psixoloq vurğulayıb ki, yeniyetmələrin özlərini ən çox sübut etmək istədikləri yer isə ailə yox, cəmiyyətdir.

“Cəmiyyətdə özünü sübut edə bilməyən və ya cəmiyyətdə özünü göstərməyə çalışarkən ataları və anaları tərəfindən tənqid edilən, güvənsizliyə düşən yeniyetmələr daha çox özlərinə qapılırlar. Onların özünəqapanmasının əsas səbəblərindən biri isə telefondur. Telefon cansız bir varlıqdır, sosial şəbəkələrin və internetin aktiv olduğu bir platformadır. Telefon səssizdir və onlardan heç nə tələb etmir. Valideynlər isə yeniyetmələrdən çox şey gözləyir, davranışlarına qarışır, hərəkətlərini tənqid edirlər. Buna görə də yeniyetmələr valideynlərdən uzaqlaşır və daha çox telefonlarına qapılmağa başlayırlar.

Özünə qapalıq artıq bir özgüvən formasıdır. Özgüvənin aşağı olması halıdır ki, yeniyetmə özünü sübut edə bilmədiyi yerlərdən özünə qapılmağa başlayır və təbii ki, özgüvənsizlik getdikcə onun öz bacarıqlarının və resurslarının fərqində olmamağa gətirib çıxarır. Bu isə birmənalı şəkildə depresiyaya aparır, davamında isə gizli və aşkar depressiya şəklində özünü göstərir və bəzi hallarda yeniyetmələr özlərinə xəsarət də verə bilərlər. Ona görə də valideynlər bu mövzuda diqqətli olmalıdırlar. Biz, valideynlər olaraq, bəlkə də iki dəfə yeniyetməlik dövrünü yaşamışıq, amma övladlarımız indi bu mərhələdən keçir. Buna görə də onların duyğu və düşüncələrinin fərqində olmalı, onları anlamağa çalışmalıyıq. Üstəlik, onlarla səmimi, yaralayıcı olmayan, yaxın dost münasibəti ilə söhbət etməli, bəzi nüanslarını qəbul etməliyik. Əgər biz onların bəzi fərqliliklərini kəskin reaksiya göstərmədən qəbul etsək, zamanla davranışlarında və şəxsiyyətlərində müsbət dəyişikliklərin şahidi olacağıq”-deyə psixoloq əlavə edib.

A. hesab edir ki, ilk növbədə valideyn dəyişməlidir ki, övladlar da buna uyğun şəkildə dəyişə bilsin.

“Məktəb psixoloqları da, təbii ki, bu prosesə nəzarət etməlidirlər. Əgər sinifdə hər hansı bir yeniyetmənin xoşagəlməz davranışı varsa, bu məsələ sinif qarşısında deyil, individual – fərdi şəkildə həll olunmalıdır. Zatən hər bir yeniyetmə ona fərdi şəxsiyyət kimi yanaşılmasını istəyir və tələb edir. Biz bu həssaslığı nəzərə almadıqda, onları yaralaya və özünəqapanmalarına şərait yarada bilərik” – deyə psixoloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri