Icma.az
close
up
RU
Analitik: ABŞ ilə İran arasında müharibə riski aktualdır

Analitik: ABŞ ilə İran arasında müharibə riski aktualdır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Faktiki olaraq, İran mövqeyindən geri çəkilmək niyyətində deyil

“Zərifin fikri regiondakı gərginliyin dərinliyini və İranın strateji qərarvermə prosesi üzərindəki təzyiqləri əks etdirir”

“ABŞ və İsraillə 12 günlük müharibə zamanı İranın nüvə obyektləri məhv edilib”.

Bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, iki nüvə gücü 12 günlük müharibə zamanı bizə hücum etdi. Amma biz hələ də başıuca dayanmışıq, onlar İranın iki-üç nüvə obyektini məhv etdilər, amma bilik və elmimizi məhv edə bilmədilər”. Zərif qeyd edib ki, müharibə İranda narahatlıq hissi və müharibə ilə sülh arasında qeyri-müəyyən vəziyyət yaradıb.

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, İsraillə İran arasındakı 12 günlük müharibə İranın gözləmədiyi bir həmlə idi və ciddi nəticələr doğurdu:

“Həmin müddət ərzində İranın hərbi infrastrukturuna böyük ziyan dəydi və ölkənin hərbi elitasının bir hissəsi məhv edildi. Nüvə obyektləri demək olar ki, sıradan çıxarıldı, bu isə İranın strateji müdafiə imkanlarına ciddi təsir göstərdi. İran hazırda da İsrailin nə vaxt hücum edəcəyi ilə bağlı narahatlıq yaşayır. Ona görə də Zərifin dediyi kimi qeyri- müəyyənlik içərisindədirlər. Lakin buna rəğmən İran özünün nüvə ambisiyalarından geri çəkilmir, elmi tədqiqatlarını davam etdirir, nüvə proqramını inkişaf etdirir və ballistik raket sistemlərini təkmilləşdirir. Bu proses, İsrail üçün əlavə stimullar yaradır ki, gələcəkdə İranın nüvə obyektlərinə qarşı yeni hərbi əməliyyatlar planlansın”.

M.Əsədullazadənin sözlərinə görə, ABŞ ilə İran arasında nüvə razılaşması hələ əldə edilmədiyi üçün müharibə riski aktual olaraq qalır:

“Faktiki olaraq, İran mövqeyindən geri çəkilmək niyyətində deyil və regionda öz proksi qüvvələrini dəstəkləməyə davam edir. Bu, həm regional balansın, həm də strateji qərarvermə proseslərinin dinamikasını daha mürəkkəb edir. Zərifin fikri regiondakı gərginliyin dərinliyini və İranın strateji qərarvermə prosesi üzərindəki təzyiqləri əks etdirir. Bu gərginlik həm İranın nüvə proqramının gələcək inkişafına, həm də regional təhlükəsizlik və diplomatik münasibətlərə birbaşa təsir göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri