Icma.az
close
up
RU
Analitik: Azərbaycanla Ermənistan arasında sülh doğru kifayət qədər addım atılıb

Analitik: Azərbaycanla Ermənistan arasında sülh doğru kifayət qədər addım atılıb

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən gərginliyin ardınca,  sülh prosesinə doğru mühüm addımlar atılmaqdadır. Bu, yalnız diplomatik münasibətlərin normallaşması ilə deyil, həm də bölgədəki gərginliyin azalması ilə bağlı müsbət inkişafların göstəricisidir. Lakin bu prosesin tam yekunlaşması üçün hər iki tərəf öz öhdəliklərini yerinə yetirməli və qarşılıqlı etimadın formalaşmasına çalışmalıdır. Hazırda Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi və həqiqətən sülhə can atması, regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün vacibdir. Ancaq Ermənistanın Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi əsassız ittihamlar və münaqişə yaratma cəhdləri, sülh yolunda atılacaq addımlara maneə törədir. 


Mövzu ilə bağlı politoloq Tural İrfan Sherg.az-a açıqlama verib: 


"Ermənistan və Azərbaycan arasında siyasi danışıqlar çərçivəsində artıq sülh prosesinə doğru kifayət qədər addım atılıb. Burada tam yekunlaşma üçün Ermənistanın boynuna düşən öhdəlikləri icra etməlidir. Rəsmi İrəvan buna da razılıq verib, lakin təkcə razılıq məsələni həll etmir, gərək iş görülsün. Qarabağ ermənilərinin adı ilə Ermənistan tərəfi Azərbaycana qarşı müxtəlif əsassız ittihamlar səsləndirib bunu şişirdərək guya onların hüquq və azadlıqlarının müdafiəsinin pozulması görüntüsü yaratmaq istəyirdi. Lakin hazırki vəziyyətdə, sülhdən söz getdiyi və gerçəkləşməsi real olan bir proses zamanı onlar həmin mövzunu gündəmə gətirə bilməzlər. Bu, artıq pozuculuq işi olardı və ən əsası isə tam əsassız bir ittiham olduğu ifşa olunardı. Odur ki, sülh bərqərar olduğu halda əsaslı və haqlı tələblərin qarşılıqlı dinlənilib, ortaq məxrəcə gəlinməsi mümkündür". 


Ekspert Qarabağ erməniləri mövsuzunun yaxınlaşan münasibətlərə heç bir faydasının olmayacağının Ermənistanın çox gözəl bildiyini söyləyib: 

"Qarabağ ermənilərinin heç bir hüququ Azərbaycan tərəfdən pozulmayıb, heç bir təzyiqə və anormal duruma məruz qoyulmayıblar. Ermənistanda bu mövzunu şişirtmək və yeni münaqişə alovu yandırmaq istəyənlər rəsmi İrəvanın sabiq rəhbərliyində təmsil olunan qruplar və əsasən də Rusiyaya bağlı dairələrdir. Hazırda həll edilmiş Qarabağ problemini vaxtilə hansı formada yaratmışdılarsa indi də həmin üsullara əl atmağa cəhd edirlər. Ancaq bu köhnə və tam ifşa olunaraq iflasa uğrayan iddialar artıq tarixdə qaldı". 

Müsahibimiz sonda hazırda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin qaydaya düşüb əlaqələrin qurulması, real sülhün təmin olunması üçün çalışmalı olduğunu vurğulayıb. Rəsmi İrəvanın da bunu dərk etdiyini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri