Icma.az
close
up
RU
Analitik: Ermənistan KTMT ni 2 3 ilə tam tərk edəcək

Analitik: Ermənistan KTMT ni 2 3 ilə tam tərk edəcək

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan açıq qarşıdurma yaratmadan, körpüləri birdən yandırmadan uzaqlaşma taktikasını seçib

 Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərində yaranmış qeyri-müəyyənlik ölkənin təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı geniş geosiyasi xəttin tərkib hissəsinə çevrilib. Xarici işlər nazirinin müavini Mnatsakayn Safaryanın açıqlaması da məhz bu strategiyanın konturlarını təsdiqləyir: “Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilmir”. Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib: “Ermənistan iştirak etmir, lakin qərar və sənədlərin qəbul edilməsinə də mane olmur. Bu mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətə uyğun aparır. Həm şaxələndirmə, həm də balanslaşdırma siyasəti elan edilib. Ermənistan qərar qəbul edir və əlavə məlumat olarsa, biz məlumat verəcəyik”.

Qeyd edək ki, 2020-ci il müharibəsindən sonra Rusiyanın rəhbərlik etdiyi KTMT-nin real dəstək vermədiyi iddiası ilə narazılığını dəfələrlə ifadə edən Ermənistan təşkilatın iclaslarına qatılmaqdan imtina etsə də, üzvlükdən çəkilmək istiqamətində rəsmi addım atmayıb. Bu səbəbdən Ermənistanın KTMT ilə münasibətləri son illər regional siyasi gündəmin ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Siyasi ekspertlər isə hesab edir ki, Ermənistanın KTMT ilə münasibətlərində yaranan vəziyyət qısamüddətli emosional reaksiya deyil, strateji xəttin dəyişdirilməsinin mərhələlərindən biridir. Yəni ümumi rəy belədir ki, Ermənistan KTMT-dən kənarlaşma yoluna çıxıb, lakin hələlik son xətti çəkməyə hazır deyil.

Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, hər nə qədər rəsmi İrəvan XİN səviyyəsində “Ermənistanın KTMT-dən çıxması müzakirə edilmir” desə də, bu açıqlama yalnız hüquqi müstəvini əhatə edir. Faktiki vəziyyət isə tamam fərqlidir:

“Ermənistan artıq uzun müddətdir KTMT-nin fəaliyyətində iştirak etmir, iclaslara qatılmır, nümayəndə göndərmir və bütün proseslərdən özünü kənarda saxlayır. Bu mənzərə ona işarə edir ki, de-fakto Ermənistan təşkilatı tərk edib, sadəcə, bu addımın hüquqi rəsmiləşməsi ertələnir. Ermənistanın bu “yarımçıq ayrılıq” strategiyasının əsas səbəblərindən biri Rusiyadan ciddi iqtisadi asılılıqdır. Xarici ticarət dövriyyəsinin yarısına yaxını Moskva ilə bağlıdır, ölkə qazı Rusiyadan alır, ən iri vergiödəyiciləri rus şirkətləridir. Üstəlik, hər il Rusiyada çalışan ermənilər vətənə təxminən 3 milyard dollara yaxın pul göndərir. Belə şəraitdə İrəvan KTMT-dən sərt ayrılmanın doğura biləcəyi iqtisadi təzyiqləri nəzərə almağa məcburdur. Məhz buna görə rəsmi İrəvan açıq qarşıdurma yaratmadan, körpüləri birdən yandırmadan, prosesləri yumşaq şəkildə idarə edərək KTMT-dən uzaqlaşma taktikasını seçib”.

Politoloqun fikrincə, Ermənistan hazırda Rusiya ilə münasibətlərində “razılaşdırılmış boşanma” modelini tətbiq edir: nə tam ayrılır, nə də əvvəlki kimi təşkilatda aktiv görünür:

“Bu, həm Moskvanın mümkün təpkilərini azaltmaq, həm də Qərbə doğru yeni təhlükəsizlik orbitinə keçidi kəskin sarsıntısız təmin etmək məqsədi daşıyır. Bunun fonunda XİN rəsmisi Mnatsakayn Safaryanın “çıxış məsələsi müzakirə olunmur” deməsi də daha çox situasiyanı hüquqi planda dondurmaq cəhdi kimi dəyərləndirilə bilər. Parlament seçkilərinin yaxınlaşması da İrəvanın ehtiyatlı davranmasına səbəb olur. Ermənistan hakimiyyəti Moskvanın seçki prosesində ruspərəst qüvvələri gücləndirməsinə şərait yaratmaq istəmir və ona görə də radikal addımı təxirə salır. Prosesin çox da uzun çəkməyəcəyini güman edirəm. Ermənistanın KTMT ilə əlaqələri hazırkı formal səviyyədə qaldıqca həm təşkilat, həm də Rusiya üçün heç bir praktiki məna daşımır. Moskva Ukrayna müharibəsi səbəbilə Cənubi Qafqazda fəal reaksiyaya hazır olmadığından İrəvana təzyiq mexanizmlərini də işə salmır. Lakin perspektivdə vəziyyətin dəyişəcəyi qaçılmaz görünür”.

Abutalıb Səmədovun proqnozuna görə, bu passivlik maksimal 2-3 il davam edəcək, daha sonra Ermənistan KTMT-ni de-yure olaraq da tərk edəcək:

“Ermənistan öz geosiyasi istiqamətini çoxdan seçib, təhlükəsizlik platformasını Rusiya deyil, Qərb institutları ilə qurmağa çalışır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri