Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Ermənistan KTMT ni Fransaya dəyişir...

Ermənistan KTMT ni Fransaya dəyişir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ermənistan KTMT-ni tərk etmək niyyətindədir  - qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2024-cü il büdcəsini imzalamamaq qərarına gəlib. Ermənistan Xarici İşlər Nazirliyi  “Sputnik Ermənistan”a bildirib ki, İrəvan KTMT -nin maliyyələşdirilməsində iştirak etməyəcəyinə dair rəsmi şəkildə bəyanat verib: “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamayacağı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, - deyə Ermənistan XİN-in bəyanatında qeyd olunur.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqını ödəməyəcəyi təqdirdə KTMT-yə üzv dövlətlərin vəziyyətin inkişafı üzrə müxtəlif ssenariləri nəzərdən keçirəcəyini bəyan edib. Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. İrəvanın 2024-cü il üçün KTMT-yə üzvlük haqqı 53,22 milyon rubl təşkil edib. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki,  2023-cü ilin aprel və may aylarında Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan sonra İrəvan KTMT-yə tam fərqli münasibət sərgiləyir.

Paşinyan nə etməyə çalışır?

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ermənistan hakimiyyəti Qərbdəki havadarlarının tapşırığı əsasında KTMT ilə körpüləri yandırmaq siyasətini həyata keçirir.

“Bu gün Ermənistanda hakimiyyətdə olanlar Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk etməsində maraqlıdırlar və bunu xarici siyasi xətt kimi müəyyənləşdiriblər. Bunun səbəbi budur ki, sorosçu Paşinyan hakimiyyətini himayə edən Qərbdəki dairələr Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi təşkilatda fəaliyyətini davam etdirməsini istəmirlər. Paşinyanın atdığı addımlar məhz bu siyasətə söykənir. Yəni həm hazırki hakimiyyət, həm də Qərbdəki dairələr bütün vasitələrdən istifadə edərək hər vəchlə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışırlar”.  

KTMT-ni tərk etmək o qədər asan olmayacaq

“Nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil qərarlar qəbul etmək iqtidarında deyil və azad siyasi idarəetmə meyarlarından çox uzaqdır. Bunun faktiki göstəricisidir ki, Ermənistan istədiyi addımları ata bilmir və əlləri zəifləmiş formada regional siyasət yürüdür. Bir tərəfdən Fransadan daha çox ağır hücum xarakterli silah-sursat və hərbi ləvazimatlar almaq  üçün KTMT-nin büdcəsinə maliyyə ayırmaqdan imtina edir, yəni özünü Qərbdəki havadarlarına qərbpərəst siyasətçi kimi təqdim edir, digər yandan isə Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazanın mövcudluğunu və İrəvanın Rusiyadan iqtisadi və enerji asılılığını görən Paşinyan KTMT-ni tərk etməkdən qorxur,” -deyə T.İsmayılov bildirib.

 Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyətinin xarici siyasət kursu Ermənistanı uçuruma apara bilər: “Ermənistan inqilabi addımlar ataraq rəsmi mövqeyini ortaya qoymalı və KTMT ilə münasibətlərə aydınlıq gətirməlidir. Ya KTMT-də fəaliyyətini tamamilə dondurmalıdır, ya da təşkilatı birdəfəlik tərk etməlidir. Paşinyan hakimiyyətinin Rusiya ilə Qərb qüvvələri arasında var-gəl etməsi Ermənistanı çox təhlükəli vəziyyətə düçar edəcək”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see309

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see276

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see270

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see268

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see250

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see250

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see247

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see246

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see244

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see241

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see236

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see224

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see217

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see196

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see194

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see194

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see191

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see189

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri