Icma.az
close
up
RU
Analitik: Ermənistanın Suriyada baş verənlərdən narahatlıq keçirməsi çox başa düşüləndir

Analitik: Ermənistanın Suriyada baş verənlərdən narahatlıq keçirməsi çox başa düşüləndir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Əsəd rejiminin çökməsindən narahat olan erməni politoloq – Hrant Melik-Şahnazaryan bu prosesin Ermənistan üçün acı nəticələri olacağını iddia edib.

O bildirib ki, Dəməşq düşdüyü üçün Ərdoğanın qızı sosial şəbəkələrdə atasını təbrik edib:

“Türkiyə və Rusiya eyni məqsədi güdürlər. Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”.

Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır:

“Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər.

Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”.


Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a deyib ki, Ermənistanın Suriyada baş verənlərdən narahatlıq keçirməsi çox başa düşüləndir:


"Baş verənlərə sadəcə Yaxın Şərqi maraqlandıran hadisələr nöqteyi-nəzərindən baxa bilmərik. Yaxın Şərq elə bir bölgədir ki, burada dünyanın ən böyük dövlətləri maraqlar müharibəsinə cəlb olunublar. Hər kəsin orada öz marağı var. Yəni Suriyada yarım əsrdən çox davam edən Əsəd sülaləsinin hakimiyyətinə son verilibsə, deməli artıq ölkədə anti-əsəd qüvvələr 2011-ci ildən 2024-cü ilə qədər davam edən Birinci Suriya müharibəsini qazanıblar. Ona görə Birinci Suriya müharibəsi deyirəm ki, çünki Suriyada birinci müharibə başa çatmış oldu. Bu da Əsəd rejimi ilə müxalifət arasında olan qarşıdurma idi. İndi İkinci Suriya müharibəsi başlayacaq. Bu isə bölgədə maraqları olan dövlətlərin dəstəklədiyi müxtəlif qruplar arasında olan mübarizə olacaq. Bunların hər biri hakimiyyəti ələ alıb Suriyada nəzarəti ələ keçirməyə çalışacaqlar. Birinci Suriya müharibəsində artıq qalib tərəflər bəllidir: Türkiyə, Amerika və İran. Məğlub olan tərəflər isə Əsəd rejimini qorumağı özünə öhdəlik bilən və maraqlı olanlar- Rusiya və İraqdır. Çünki qoruduqları Əsəd rejimi çökdü. Suriya artıq Türkiyə və Qərbin dəstəyi olan qrupların nəzarəti altındadır".


Şərhçinin sözlərinə görə, Ermənistan çox yaxşı anlayır ki, Türkiyə Yaxın Şərqdə öz maraqlarını tam mənada həyata keçirərsə, bir müddət sonra daha da güclənəcək və nüfuzlu dövlətə çevriləcək:

"Çünki əgər bir regionda sən qalibsənsə, deməli o regionun gələcək geosiyasi həyatı sənin istəklərin üzərində qurulur. Türkiyənin istəkləri üzərində qurulacaq geosiyasi vəziyyət formalaşarsa, Ankara həm Qərblə, həm də Şərq ölkələri ilə daha rahat şəkildə maraqlar mübarizəsinə qoşula biləcək. Türkiyənin maraqlarının başında isə ortaq Türk dünyası dayanır. Türk dövlətlərinin hərbi, iqtisadi və siyasi cəhətdən daha da bir hərəkət etmələri və güc mərkəzi formalaşdırmaları gələcək. Türkiyə Mərkəzi Asiya türk dövlətlərinin birləşdirilməsini istəyir. Məhz Zəngəzur dəhlizinin açılması məsələsi də burdan doğur. Ermənilər düşünürlər ki, Türkiyə gücləndikcə onun ən yaxın və dəyişilməz müttəfiqi Azərbaycan da güclənir. Bu iki dövlət gücləndikcə artıq tarixi haqsızlıqları aradan qaldırmaq səyləri daha da artacaq. Ermənilər Zəngəzuru işğal etməkdən danışırlar. Amma tarixi həqiqətlər isə bunun tam əksini söyləyir. Azərbaycan Zəngəzuru işğal etmir. Sadəcə özünə aid olan və ondan zorla qoparılan torpaqları geri qaytarır. Ermənilərin fikrincə, artıq Şərqdə geosiyasi vəziyyət İranın və Ermənistanı dəstəkləyən digər qüvvələrin zərərinə çevrildikcə Türkiyə güclənir. Buna görə də Ermənilər Fransa və Amerikadakı erməni lobbisinin dəstəyi ilə bütün dünyanın diqqətini Ermənistana cəlb etməyə çalışırlar. Yenə "işğala məruz qalan" ölkə rolunu yaratmağa çalışırlar. Amma dünyanın siyasəti bununla davam etmir. Hər şeydən əvvəl güc əsasdır. Son illərdə isə istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda güc nisbəti türk dövlətlərinin xeyrinə dəyişməkdədir. Dünyada baş verən qlobal qarşıdurma təzadlı vəziyyət yaratdı. Buna görə də dünyanın ən böyük gücləri türk dövlətlərinə - başda Türkiyə və Azərbaycan olmaqla müəyyən mənada ehtiyac duyurlar. Eyni zamanda onlarla düşmən olmamağa çalışırlar. Bütün bunların sonunda əhalisi 3 milyondan az olan əhəmiyyətsiz Ermənistan dövləti heç kimə maraqlı deyil. Erməni tərəfi narahat olmaqla haqlıdırlar. Bunun həll yolu isə Azərbaycanla dil tapmasından keçir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri