Icma.az
close
up
RU
Dəm qazı son 2 gündə 3 can aldı: Ekspert xəbərdarlıq edir, çoxları hələ də biganədir

Dəm qazı son 2 gündə 3 can aldı: Ekspert xəbərdarlıq edir, çoxları hələ də biganədir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neçə dəfə demək olar ki, suqızdırıcı hamam otağının ölçülərinə uyğun olmalıdır, qapıda havakeçirici dəliklər açılmalıdır, hamam otağının havalandırma sistemi olmalıdır”

 Qış gəlməmiş dəm qazının qurbanları artır. Son 2 gündə 3 nəfər dəm qazından boğularaq həyatını itirib. Bakının Suraxanı rayonunda 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb. Samux rayonunun Hacıalılı kəndində isə 68 yaşlı kişi və həyat yoldaşı hamam otağında dəm qazından zəhərlənərək vəfat ediblər. Dəm qazından boğulma halları hamam otaqlarında daha çox baş verir. Ölümə aparansa su qızdırıcılarıdır. Ya köhnə olur, təbii qazın tam yanması baş vermir, dəm qazı buraxır, ya da düzgün quraşdırılmır, havalandırma sistemi olmur, nəticədə yenə də dəm qazı əmələ gəlir və insanların həyatına son qoyur. Hamam otaqlarında baş verən dəm qazından boğulma və ölüm hallarında daha çox vətəndaşın özü günahkardır. Dəfələrlə, israrla dəm qazı barədə danışılmasına, təhlükəsizlik tədbirlərinin bildirilməsinə rəğmən insanlarımız yenə də kobud səhvlərə yol verir, təhlükəsizlik qaydalarına riayət etmir və həyatlarını faciəyə sürükləyirlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün geniş konsepsiyanın işlənib hazırlanmasına ehtiyac olduğunu dedi:

- Dəm qazından zəhərlənmə təhlükəsini artıran səbəblər var, məsələn, tüstü bacalarının vaxtlı-vaxtında, heç olmasa ildə 1 dəfə təmizlənməməsi, texniki xidmətin düzgün aparılmaması və buna ciddi nəzarətin təmin edilməməsi bədbəxt hadisələrə, insan tələfatına yol açır. Amma bu, məsələnin bir tərəfidir. Digər səbəblər də var. Hamımız bilirik ki, qeyri-standart qaz sobaları, suqızdırıcılar satışdadır. İnsanlar bunları alır, mənzildə, hamam otağında quraşdırır. Hətta mənzillərin içində istifadə edilən qaz sobaları, isitmə cihazları da çox zaman standartlardan kənar olur. Bu problemə təkcə fərdi evlərdə, həyətyanı sahəsi olan evlərdə rastlanmır. Bir çox yeni tikililər, yaşayış kompleksləri var ki, onlar da mərkəzi istilik sistemindən kənardır və sakinlər mənzillərini imkanları daxilində isidirlər. Kimisi qaz sobası ilə, kimisi kombi sistemi ilə. “Pyatiminutka” adlanan qısa zamanda su isidə bilən cihazlardan da mətbəxdə, hamam otaqlarında geniş istifadə olunur. Çünki binalar mərkəzi istilik sisteminə qoşulmayıb. Hesab edirəm ki, mütləq geniş konsepsiya hazırlanmalıdır və orada bütün bu problemlərin aradan qaldırılması yolları, təhlükə ehtimalları və səbəblər göstərilməlidir. Belədə problemə daha geniş yanaşma mümkün olacaq. Əlaqədar qurumlar çalışmalıdır ki, mərkəzləşdirilmiş istilik sisteminin şəbəkəsi genişlənsin və daha çox abonenti əhatə etsin. Bu, təhlükələrin minimuma endirilməsinə kömək edəcək. Vətəndaşlar da daim məlumatlandırılmalıdır. Məsələn, dedektorların faydası barədə məlumat verilməlidir. Təbii qazın yanmasında problem yarandıqda, yəni dəm qazı əmələ gəldikdə, dedektor xəbərdarlıq siqnalı verir. Yaxşı olar ki, mənzillərdə dedektorlardan istifadə edilsin. Bu da təhlükəni azaldır.

E.Nurəliyev qeyd etdi ki, vətəndaşlar həyatlarına qarşı biganə olmamalıdır:

- Dəfələrlə deyilir, televiziyada elanlar verilir, xəbərdaredici video-roliklər yayımlanır ki, vətəndaşlar qaz sobalarından, suqızdırıcılardan necə istifadə etməlidir, hamam otaqları necə olmalıdır, qaz sobasının hava çəkəni necə quraşdırılmalıdır. Amma əhali sanki bunları görmür, eşitmir. Kustar üsullara əl atırlar. Neçə dəfə demək olar ki, suqızdırıcı hamam otağının ölçülərinə uyğun olmalıdır, qapıda havakeçirici dəliklər açılmalıdır, hamam otağının havalandırma sistemi olmalıdır. Heç olmasa, nəfəslik qoysunlar, açıq saxlasınlar. Suqızdırıcılar hamam otağında deyil, kənarda quraşdırılsa, daha etibarlıdır. Suqızdırıcılar həyətdə, eyvanda qoyulsa, dəm qazı əmələ gəldikdə hamam otağına dolmayacaq, təhlükə də yaranmayacaq. Bəzən insanlar köhnə, istifadə müddətini başa vurmuş qızdırıcılardan istifadə edirlər. Əlbəttə, belə olduğu halda, təhlükə də yaşanacaq.     

Qeyd edək ki, təhlükəsizlik tədbirləri ilə bağlı FHN, Azərbaycan Dövlət Neft Şirkəti, “Azəriqaz” tərəfindən maarifləndirici video-roliklər hazırlanır və efirlərdə nümayiş olunur. Sadə qaydalar var. Suqızdırıcının quraşdırılması mütləq bu sahə üzrə mütəxəssisə həvalə edilməlidir. Quraşdırma zamanı hamam otağının kifayət qədər böyük (ən azı 6-7 kv.m.) və hündür (ən azı 2 m) olması, qaz borusunun qızdırıcıdan 60 sm üfüqi məsafədə çölə çıxması, həmçinin dəm qazı detektorunun quraşdırılması kimi təhlükəsizlik tədbirlərinə riayət etmək lazımdır. Otaqda mütləq işlək ventilyasiya sistemi olmalıdır. Soyuq olmasın deyə ventilyasiyanı bağlamaq təhlükəlidir. Dəm qazı detektorunun quraşdırılması tövsiyə olunur, çünki dəm qazının iyi, dadı və rəngi yoxdur. Qaz cihazı olan hamamların qapısında hava keçirməyə imkan verən dəliklər mütləq olmalıdır. Qızdırıcının qaz borusu tüstü bacası olmalı, saz və dəmirdən hazırlanmalıdır. Boruda deşik və ya çat olmamalıdır. "Pitiminutka" tipli qızdırıcı yerə ən azı bir metr hündürlükdə quraşdırılmalıdır ki, onun tüstü bacası normal çölə çıxa bilsin. Qaz borusu yerləşdiyi hissədən ən azı 60 santimetr üfüqi istiqamətdə çölə çıxmalıdır. Həmçinin, borunun külək tutan istiqamətdə olmamasına diqqət etmək lazımdır, çünki bu zaman tüstü geri qayıda bilər. Bu qaydalara əməl edilsə, təhlükə minimuma enər, faciələrin önü alınar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri