Icma.az
close
up
RU
Analitik: Rusiya yenidən Türkiyənin vasitəçilik missiyasını öz üzərinə götürməsində maraqlıdır

Analitik: Rusiya yenidən Türkiyənin vasitəçilik missiyasını öz üzərinə götürməsində maraqlıdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün, mayın 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu barədə Türkiyə XİN-dən TASS-a məlumat verilib. Türkiyə xarici işlər nazirinin bu gün Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşü gözlənilir. Səfər çərçivəsində Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov mayın 27-də Suriya, Ukrayna, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə, regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Həmçinin hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. Türkiyə və Rusiya xarici işlər nazirləri yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər. Hakan Fidan 26-27 may tarixlərində Rusiyada səfərdə olacaq. 



“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, hazırda Rusiyanın təklənmə prosesinə yenidən başlandığı görünür:


Çünki Rusiya və Amerika Birləşmiş Ştatları arasında Ukrayna savaşının dayandırılması prosesi üzrə anlaşma mümkün olmadı və bu proses getdikcə qəlizləşir. Belə olan halda Rusiyaya yeni vasitəçi lazımdır. Kreml üçün sülh danışıqlarının nəticə verməsə belə, davam etməsi lazımdır. Rusiya bununla həm neoimperializm hədəflərinə doğru irəliləmək, həm də sülh şərtlərini özünün maraqları çərçivəsində danışıqlar prosesi üzərindən bütün dünyaya diktə etmək niyyətindədir. Rusiyanın bu taktikası sülh sazişindən daha çox Ukraynaya kapitulyasiya aktının imzalanmasına hesablanıb. ABŞ hazırda iki ölkə arasında vasitəçi olmaqdan imtina etdiyinə görə sülh prosesinin davam etmək ehtimalı zəifləyib. Belə bir situasiyada Rusiyaya Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq olduqca vacibdir. Rusiya Türkiyəni Ukrayna savaşının dayandırılması prosesi üzrə ən optimal vasitəçi kimi görür. Çünki Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə münasibətləri yaxşıdır. İstanbul Rusiya üçün sülh danışıqlarının davam etdirilməsi baxımdan ən uğurlu məkan sayılır. Vaxtı ilə İstanbulda Ukrayna ilə Rusiya arasında sülh sazişi imzalanmaq üzrə idi. Amma Qərbin rəsmi Kiyevə təzyiqləri nəticəsində bu baş vermədi. İndi Rusiya yenidən Türkiyənin vasitəçilik missiyasını öz üzərinə götürməsində maraqlıdır. Rusiya Prezident Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana  zəng edərək məsələylə bağlı  xahiş də edib. Həm Kreml, həm Türkiyə, həm də böyük ehtimal ilə Ukrayna bu prosesin dayanması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdırlar”.



Ekspert qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfər etməsi vacib bir prosesin başlanğıc ərəfəsindən xəbər verir:

“Hakan Fidan və Vladimir Putin arasında əsas müzakirə mövzusu Türkiyənin Ukrayna savaşı ilə bağlı vasitəçilik missiyası ola bilər. Digər tərəfdən Rusiyanın iqtisadi və ticari maraqlarının da müzakirə mövzusu olması mümkündür. Çünki Türkiyə hazırda Rusiya üçün beynəlxalq və dünya bazarlarına çıxış baxımından əsas pəncərə rolunu oynayır. Eyni zamanda Türkiyə və Rusiya arasında da iqtisadi, ticari münasibətlər yüksək səviyyədədir. Yaxın vaxtlarda Rusiyanı olduqca ağır iqtisadi və maliyyə sankiyaları gözləyir. ABŞ bu məsələdə Avropa Birliyi ilə ortaq qərarlar qəbul edə bilərlər. Ona görə də Rusiya üçün Türkiyə ilə iqtisadi, ticari münasibətlərin daha strateji səviyyəyə qaldırılması olduqca vacibdir. Suriya mövzusu da Rusiya və Türkiyə arasında müzakirə olunacaq məsələdir. Halbuki Suriya məsələsində Rusiya və Türkiyə arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Rusiya hələ də devrilən Əsədin arxasında dayandığını biruzə verir. Türkiyə isə Əsəd rejiminin devrilməsində xüsusi rol oynayıb və indiki yeni hökumətin dəstəkçiləri sırasında ön planda yer alır. Eyni zamanda Rusiyanın Suriyada hərbi bazaları var. Türkiyə  Suriyada hərbi baza yaratmaq niyyətini ortaya qoyur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see170

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see126

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see125

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri