Icma.az
close
up
RU
Analitik: Uitkoffun gündəmində işğal olunmuş ərazilərin Rusiyada qalması təklifi var

Analitik: Uitkoffun gündəmində işğal olunmuş ərazilərin Rusiyada qalması təklifi var

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Uitkoff Zelenskiyə atəşkəsə nail olmaq və sülh müqaviləsini imzalamaq üçün Trampın şərtlərini gətirir".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında bu gün Türkiyədə olacaq görüşü şərh edərkən deyib.

Həmsöhbətimiz qeyd edir ki, görüşdə diqqət sülh danışıqlarının bərpası məsələsinə yönəldiləcək:

"Burada sözsüz ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə məsələsi diqqət mərkəzində olacaq. Konkretliyə gəldikdə, görüşdə güman ki, sülh danışıqlarının bərpa olunması məsələsini müzakirə edəcəklər. Ona görə də hesab edirəm ki, Uitkoffla Zelenski arasında əsas mövzu birmənalı olaraq sülh danışıqlarının bərpası məsələsi olacaq. Tramp uzun müddət Putinə imkan verdi ki, onunla görüşdən istifadə etsin, Ukraynaya hücumu genişləndirsin. Yəni əslində Putin özünü Tramp tərəfindən həvəsləndirilmiş şəxs kimi aparırdı”. 


Qulamhüseyn Əlibəyli düşünür ki, Uitkoffun Türkiyədə səsləndirəcəyi təkliflər Kiyevin marağına cavab verməyən təkliflərdir:

"O, Türkiyəyə Tramp tərəfindən verilən müəyyən təkliflərlə gəlir. Hansı ki, bu təkliflər də ola bilsin Vaşinqtona uyğun gəlsə də, Kiyevə uyğun olmayan təkliflərdir. Güman ki, əvvəlki variant təkrar olunacaq. Böyük ehtimalla Uitkoff tərəfindən işğal olunmuş ərazilərin böyük hissəsinin Rusiyanın sərəncamında qalması əsasında müharibənin dayandırılması məsələsi gündəmə gətiriləcək". 

Ekspertin fikrincə, son olaraq tətbiq edilən ağır sanksiyalar fonunda Rusiya da danışıqları bərpa etməyə məhkumdur:

"Son zamanlar enerji sektoru ilə bağlı daha ciddi sanksiyaların elan olunması ilə Rusiya neftinin qiyməti kəskin aşağı düşüb, onun alıcıları azalıb. Belə vəziyyət isə prinsip etibarı ilə Moskvanı danışıqları bərpa etməyə məcbur edir. Bəzi xəbərlərə görə hətta Rusiya artıq Putinin sözçüsü Peskov və xarici işlər naziri Lavrovun simasında müraciət edərək danışıqların bərpa olunmasını istəyir. Türkiyə də danışıqların bərpa olunması, nizamlanma prosesinin işə düşməsinə çalışır”. 

Qeyd edək ki, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff bu gün Türkiyəyə gələrək, Ukrayna lideri Volodimir Zelenski ilə görüşməlidir. Bu barədə Reuters müxbiri məlumat verib.

Bildirilir ki, Uitkoff Zelenski ilə planlaşdırılan danışıqlar aparacaq. Aydın məsələdir ki, danışıqlarda Ukrayna-Rusiya müharibəsi müzakrə predmeti olacaq. Amma danışıqların konkret detalları bəlli deyil. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri