Icma.az
close
up
RU
“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...”

“Klinikaya 4300 manat ödədim, resept verib yola saldılar...”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Lux İnternational Hospital”a kəskin mədə ağrısı, ürəkbulanma ilə müraciət etmişdim. Bir neçə gün müayinələrdən keçdim, ümumilikdə 4300 manat ödəniş etdim. Amma bunun müqabilində normal xidmət görmədim, xəstəyə başdansovdu yanaşaraq pul alıb və resepti verib yola salırlar”.

Bu iddia ilə “Qafqazinfo”ya vətəndaş Könül Həmzəyeva müraciət edib. Şikayətçi təxminən ay yarım əvvəl digər özəl klinikaların birində arıqlamaq üçün göbək ətrafına iynə vurdurub. Ehtimal edir ki, ondan sonra səhhətində problem yaranıb.

K.Həmzəyeva daha sonra kəskin mədə ağrısı, ürəkbulanma əlamətləri ilə “Lux İnternational Hospital”a müraciət edib: “Noyabrın 28-i özümü pis hiss elədim, təcili yardım çağırdım və məni ora apardılar. Depozit ödədim, 2 gün xəstəxanada müayinə olundum və ağrılarım kəsdiyi üçün evə buraxıldım. Lakin yenidən kəskin sancı tutdu, dekabrın 2-si klinikaya müraciət etməli oldum, ayın 5-dək orada qaldım. Yenidən məndən depozit aldılar, KT, qastroskopiya müayinəsindən keçirdilər. Həkim gəlib dedi ki, “KT yaxşı çıxmayıb, kista, mioma, bağırsağında şiş var, mədən yara içərisindədir və sairə”. Çox narahat oldum, panik atak keçirdim. Bu dəfə MRT elədilər. Günorta ayıldım ki, yanıma resept qoyulub, yazılıb ki, bu gün çıxışınız var. Mən də sual verdim ki, axı xəstəni bu vəziyyətdə evə necə buraxa bilərsiniz? Dedim ki, həkim yaxınlaşıb xəstəliyimlə bağlı məlumat versin. Məni qorxutmusunuz, oturub ancaq internetdə xəstəliklə bağlı məlumatlar araşdırmışam. Dedilər ki, gedin, birinci gün gələrsiniz...”

K.Həmzəyeva həkim çağırılmasını tələb edəndə onu hədələdiklərini iddia edib: “Dedim axı bu qədər pul ödəmişəm, niyə məni müalicə etmirsiniz? Qabağıma 11 dərmandan ibarət resept qoyulub, bilmirəm suallarımı kimə verim. Mioma nə miomadır, bağırsaqdakı problem nədir? Onkoloji müayinə olunmalıyammı? Bu yazılan dərmanlar nə üçündür? Yenidən müayinəyə gəlməliyəmmi? Şikayət olunandan sonra həkim gəlib heç bir etik normanı gözləmədən “sən dincəldin, məni toydan yarımçıq çıxardın?!” dedi. Xəstə yarımçıq, öz diaqnozunu bilmədən necə çıxardıla bilər? Həkim yoxdursa, məni növbəti gün çıxara bilərdilər. Dedim ki, həkim gəlib mənə izah eləsin, sonra ödənişi edib çıxım. Baş həkim göstəriş verdi ki, “102-yə zəng edin çıxarın, getsin”. Halbuki polis əməkdaşları da gəldi, məni dinlədilər və irad bildirdilər ki, xəstə ilə bu tərzdə danışmaq olmaz. Ödədiyim məbləğ müqabilində heç bir xidmət göstərilməyib. Məndən aldıqları ödənişin açıqlamasını istəyirəm. VİP otaqda qalmışam, bir tibb bacısını çağıranda 40 dəqiqəyə gəlirdi, xidmətdən narazıyam. Mənə hədə-qorxu gəldilər ki, “əgər ödəniş etməsəniz, çıxmağa qoymayacağıq”. Klinika tam özbaşınalıq etdi, bu davranışlarına görə üzr istəməlidirlər”.

Sadalanan ittihamlarla bağlı “Lux İnternational Hospital”a sorğu ünvanladıq. Tibb müəssisəsindən vətəndaşın şikayətinin araşdırıldığı deyilsə də, bu haqda açıqlama verə bilməyəcəkləri əlavə edilib. Qeyd edilib ki, vətəndaşın razılığı olmadan həkim sirrini təşkil edən məlumatların verilməli olduğu subyektlərin dairəsi qanunvericiliklə müəyyən edilib: “Qanunvericilik aktlarının tələblərinə əsaslanaraq nəzərinizə çatdırırıq ki, şikayətçi bilavasitə (və ya qanuni nümayəndəsi, yaxud etibarnamə üzrə nümayəndəsi vasitəsilə) “RR Medical Group” MMC-yə (Lux İnternational Hospitala) müraciət edərək sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu və s. barədə məlumatları əldə edə, eləcə də özünün sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə tanış ola bilər. Həmçinin o öz iradə ifadəsi əsasında mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçməklə yuxarıda göstərilən məlumatları əldə edə bilər.

Göstərilənləri nəzərə alıb məlumatların tərəfinizdən əldə edilməsinə vətəndaşın (pasiyentin) qanunvericiliklə təsbit edilmiş qaydada razılığını təqdim etdiyiniz təqdirdə sorğunuzun cavablandırılması tərəfimizdən təmin olunacaq”.

Gülnar Əliyeva         

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri