Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Model Günay Musayeva sosial şəbəkədə məktəb qaydaları ilə bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, o, 9-cu sinifdə oxuyarkən saçlarını sarı rəngə boyadığı üçün məktəbə buraxılmadığını bildirib. Model həmin vaxt məktəbin direktorunun öz anası olduğunu qeyd edib:
“9-cu sinifdə oxuyarkən saçlarımı sarı rəngə boyadığım üçün məktəbə buraxılmamışdım. Məktəbin direktoru isə öz anam idi. Həmin gün saçlarımı əvvəlki rənginə qaytardım və təhsilimə davam etdim.
11 il mayın, sentyabrın istisində belə, məktəbli formasına riayət etdik. Axı bu qaydalar dünən yaranmayıb. Bəs niyə bu gün problemə çevrilib?
Biz Oğuz türküyük, zəngin tariximiz, mədəniyyətimiz və milli kimliyimiz var. Bunları qorumaqla yanaşı, fərqli düşüncələrə hörmət etməyi də bacarmalıyıq.
Əziz valideynlər, övladlarınıza öz dünyagörüşünüzü məcburən qəbul etdirməyin. Onlara düşünməyi, öyrənməyi və şüurlu seçim etməyi öyrədin.
Unutmayaq: təhsilin məqsədi itaətkar nəsil deyil, savadlı, azad düşüncəli və məsuliyyətli insanlar yetişdirməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Oktyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















