Anam ora getməyimi istəyirdi Kilian Mbappe
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
“Real Madrid”in hücumçusu Kilian Mbappe 2017-ci ildə “Liverpul”a keçməyə çox yaxın olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
Məlumata görə, fransalı futbolçu “The Athletic”ə açıqlamasında həmin vaxt “Liverpul”un baş məşqçisi olan Yürgen Kloppla görüşdüyünü və İngiltərə klubunun onu transfer etmək üçün ciddi cəhd göstərdiyini bildirib.
Mbappe həmin vaxt “Monako”da çıxış edirdi. Onun sözlərinə görə, anası və agenti Fayza Lamari onun “Liverpul”a keçməsini istəyib. Lamari hətta klubla danışıqlar üçün Liverpula gedib və onların stadionundan təsirlənib.
“Bəli, “Liverpul”a keçməyə yaxın idim. Anam Yürgen Kloppun böyük fanatı idi və onun üçün əsas seçim “Liverpul” idi. O, mənim ora getməyimi istəyirdi”, – Mbappe deyib.
Fransalı futbolçu Kloppla şəxsi təyyarədə görüşdüyünü də xatırladıb. Buna baxmayaraq, Mbappe sonda doğma şəhərində futbol oynamaq istədiyi üçün PSJ-yə keçmək qərarına gəlib. O, əvvəlcə icarə əsasında Paris klubuna qoşulub, daha sonra transferi rəsmiləşdirilib.
Əlisahib İbrahimli
Baxış sayı:101
Bu xəbər 23 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















