ANAMA axtarış əməliyyatlarında müasir texnologiyalardan istifadəyə üstünlük verir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina və döyüş sahələrinin təmizlənməsi əməliyyatları ilə yanaşı, keçmiş sursat anbarları, eləcə də poliqon ərazilərinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını icra edir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də, müasir texnologiyaların istifadəsinə üstünlük verir.
Belə ki, sifarişə əsasən torpağın 6 metr dərinliyinə qədər metal tərkibli sursatları aşkar etmək qabiliyyətinə malik avadanlıqlardan istifadə olunur.
Avadanlıqların tərkibində olan 8 kanallı maqnitometr sisteminin iş prinsipi yerin maqnit sahəsindəki dəyişikliklərini qeydə almaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət zamanı yüksək dəqiqlikli koordinat əldə etmək üçün DGPS texnologiyası tətbiq edilir. Toplanmış məlumatlar xüsusi proqramda emal olunur və sahə xəritələri yaradılır. Bu sistem mina və döyüş sursatlarının torpağın dərinliyində yüksək dəqiqliklə aşkarlanmasına imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















