ANAMA da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi ilə görüş keçirilib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə, nümayəndə heyətinə ölkəmizdə mövcüd mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.
Görüş zamanı Azərbaycanın AQEM-də sədrliyi müddətində mina təhlükəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması, Azərbaycanın minatəmizləmə sahəsində təcrübəsinin bölüşməsi, təşkilata üzv olan mina problemi ilə üzləşmiş ölkələrlə beynəlxalq həmrəyliyin təşviq edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















