Anamı və arvadımı cin şeytan kimi görürdüm Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az oxu.az-istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndində baş verib.
Kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil olan 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev radikal dindarlığı təbliğ etməyə başlayıb və o, bununla bağlı evdə anası və həyat yoldaşına da tələblər qoyub. Lakin həyat yoldaşı və anası onun tələblərini rədd ediblər. Bundan qəzəblənən E.Vəliyev həyat yoldaşı və anasını öldürmək qərarına gəlib. O, gecə saat 4 radələrində yaşadığı evin yataq otağında üstündə gəzdirdiyi bıçaqla yatmış vəziyyətdə olan həyat yoldaşı Jalə Yolçuyevaya zərbələr endirməyə başlayıb. Ona 15 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Hadisə zamanı qadın qışqırdığı üçün onun səsinə Emin Əliyevin anası Zoya Əhmədova və azyaşlı övladları gəlib. Onlar qadını Eminin əlindən almağa cəhd edərkən bıçaqla anasına da 8 bıçaq xəsarəti yetirib. Daha sonra mənzili tərk edib. Hadisə nəticəsində J.Yolçuyeva xəstəxanaya çatdırılaraq sağ qalsa da, Z.Əhmədova dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı ifadə verən E.Əliyev deyib ki, hadisəni törədərkən anlaqsız olub. O bildirib ki, Vətən müharibəsində ağır travmalar aldığından evdə ailə münaqişəsi zəminində davaları olub:
"Son vaxtlar özümdə olmurdum. Anamı və həyat yoldaşımı görmək istəmirdim. Onlarla mübahisə edirdim. Anamı və həyat yoldaşımı bıçaqlamağım yadımda deyil. Neçə bıçaq zərbəsi vurmuşam, bilmirəm. Anam və həyat yoldaşımı cin-şeytan kimi görürdüm. Hadisəni törədərkən uşağımın qışqırmasına ayıldım, nə baş verdiyini bilmədim".
Məhkəmədə şahid ifadələrinin dinlənilməsindən sonra istintaq yekunlaşıb və məhkəmənin hökmü ilə E.Əliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 İyul 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















