Icma.az
close
up
RU
Anamın xərçəngə tutulduğunu yeni öyrənmişik... Şəhriyar del Gerani

Anamın xərçəngə tutulduğunu yeni öyrənmişik... Şəhriyar del Gerani

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

2011-in avqustu. Anamın xərçəngə tutulduğunu yeni öyrənmişik Bakıdan. Təbrizə aparırıq. Kimyaterapiyaya. Onda Təbrizə inanırdıq. Mən, atam və anam. Axşamın üstüdür. Meşkinşəhrdən keçirik. Savalan dağının yamaclarında, diqqətlə baxanda lap yaxında, etinasız baxanda bir az uzaqda, bəlkə də lap uzaqda otlayan atlar, qan qırmızısı atlar görünür. Yol kənarı qırmızı, qan qırmızısı almalar da. Onlar da görünür. Anam neçə günlərdir yemir. Heç nə yemir. Su içir, dərmanlarını içir. Yemir.

- Şəhriyar, nə gözəl almalardı, görürsən?

Qabaq sərnişin oturacağını uzanıqlı vəziyyətə gətirmişik. Anam yarıuzanıqlı vəziyyətdə, üzü pəncərəsinə sarıdır. Başqa təhər olmur. Canı ağrıyır. Mən anamın arxa tərəfindəyəm. Atam mənim solumda oturub. Sürücüdən başqa heç kəs yolun düzünə baxmır. Anam sağa baxır. Mən anamın baxdığı istiqamətə. Atam isə sola. Hərdən, lap hərdən sağa da baxır. Onda nəsə soruşur. Ona görə bilirəm sağa baxdığını. Heç birimiz qabağa baxmırıq. Qabaqda heç nə yoxdur çünki. Çünki qabaqda ölüm var. Bunu hər üçümüz - atam, anam və mən - bilirik. Sürücü bilmir. Biz bilirik. Bu səbəbdən sağımıza, solumuza baxırıq yol boyu. Qabağa baxmırıq.

- Hə, görürəm. Meylin çəkdi?

- Yox, neynirəm?! Eləcə dedim. Gözəldilər.

Sürücüdən maşını saxlamasını istəyirəm. Saxlayır. Ən yaxındakı ağacdan dörd alma dərirəm. Yaxınlıqda bulaq var. Əl-üzümə su vururam. Almaları da yuyuram. Gətirib hərəyə birini uzadıram. Götürürlər. Mənə də biri qalır. Cibimə qoyuram. İndi daha aydın görünür; Savalan dağının yamaclarında, diqqətlə baxanda lap yaxında, etinasız baxanda bir az uzaqda, bəlkə də lap uzaqda otlayan atlar, qan qırmızısı atlar indi aydın görünür.

Anam:

- Şəhriyar, nə gözəl atlardı, görürsən?

Mən:

- Hə, görürəm.

- Neçə at var orda?

Sayıram: 1, 2, … 6, 7, 8

- Səkkiz!

- Mən ikisin görürəm.

- Hə, onlar lap yaxındadı.

- İki dənə, qırmızı at.

Bilsəydim ikisini görür, sayını səkkiz deməz idim. Peşiman oluram. Çox peşiman.

- Hə, qırmızıdı. Hamısı qırmızıdı.

- Səkkizi də?

- Səkkizi də!

- Sən Allah, düz deyirsən?

- Hə vallah, hamısı qırmızıdı. Qıpqırmızı!

Gülümsəyir. Atların hamısının qırmızı olması anamı xoşbəxt edir.

Dincimizi aldıq. Yola düzəldik. Sürücü payına düşən almanı yedi. Atam yemədi. Anam da yemədi. Mən də yemədim. Sürücü yedi. Biz yemədik.

Mən, sürücüyə:

- Radio işləyir?

O, “hə-yox” demədən radionu qoşur. Mahnı gedir.

Mən:

- Kimdir oxuyan?

- Mohsen.

- Mohsen? Mohsen… Mohsen… Namju? Yox, deyil axı. Mohsen Namju deyil.

- Yooo, baba, tazələrdəndi. Mohsen Yeganə.

Dinmirəm. Mahnı gedir: “… Yolumuz eyniydi, amma gedəcəyimiz ünvanlar fərqli…” Təxminən belə idi mahnının sözləri. O vaxtlar farsca az-maz qırıldadırdım. İndi yox, xeyr. Unutmuşam.

Almanı cibimdən çıxardıram. Baxıram. Necə gözəl görünür. Qıpqırmızı. Atları xatırlayıram. Qan qırmızısı atları.

Hamısı qırmızı deyildi. Biri qaraydı, tünd qara. O biri ala. Digəri boz. Hələ dümağ biri də vardı uzaqda. Yanında sarı dayçası. Səkkiz atdan cəmi-cümlətanı üçü qırmızıydı, ikisi lap yaxında, anamın gördükləri, biri də onlardan azca o yanda. Vəssalam! Atların hamısı qırmızı deyildi.

- Ana, almanı yemirsən?

- Ac deyiləm.

- Bəyəm almanı ac olanda yeyirlər?

Gülümsəyir. Almanı mənə uzadır.

- Götür, ye. Sən xoşlayırsan. Bayaq sənə görə istədim saxlayaq, alma yeyəsən, neçə gündür yollardayıq.

Almanı alıram. Dinmirəm. Almanı alanda solmuş əlini ustufca sıxıram. Necə? Kəpənək qanadına elə toxunursan, tozu da yapışmır əlinə, elə.

Sonralar, çox sonralar çatdı mənə. Mənə çatdı ki, lap əslində anamla o gün, elə ordaca - Savalan dağının yamaclarında, bütün atların qırmızı, qıpqırmızı olduğu yerdəcə əlvidalaşırmışam…

Məşhur Hollivud ulduzu Bred Pittə ağır itki "Yarım qalmış şeir" - Yeni hekayə Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri