Ananın körpəsini öldürməsinin bəzi təfərrüatları məlum oldu
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Türkan qəsəbəsində ananın üç günlük körpəsini dənizə ataraq öldürməsinin bir sıra təfərrüatları məlum olub.
Globalinfo.az xəbər verir ki, “Teleqraf”ın əldə etdiyi məlumata görə, hadisə 14 gün öncə baş verib.
Noyabrın 11-də 1984-cü il təvəllüdlü Eyvazova Pərvanə Telman qızı saat 17 radələrində körpəsini dənizə ataraq öldürüb.
Apardığımız araşdırma zamanı bəlli olub ki, 41 yaşlı qadın hadisədən üç gün öncə körpəsini Bakıda 3 saylı Doğum Evində dünyaya gətirib.
Məlumata görə, qadın ailəli olub, daha üç övladı var. Onun hansı səbəbdən bu addımı atması isə istintaq zamanı bəlli olacaq.
Qeyd edək ki, faktla bağlı Pərvanə Eyvazova saxlanılıb, rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 25 Noyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















