Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu adına namizədlər arasında Ronaldo liderdir
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Globe Soccer Awards" mükafatının təşkilatçıları Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıblar. Sport24.az xəbər verir ki, namizədlərin siyahısında 5 fərqli klubdan 10 futbolçu yer alır:
Musab Əl-Cuveyr ("Əl-Qadisiyə", Səudiyyə Ərəbistanı)
Yassin Bunu ("Əl-Hilal", Səudiyyə Ərəbistanı)
Joau Feliks ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı)
Sadio Mane ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı)
Eduar Mendi ("Əl-Əhli Ciddə", Səudiyyə Ərəbistanı)
Ruben Neves ("Əl-Hilal", Səudiyyə Ərəbistanı)
Xulian Kinyones ("Əl-Qadisiyə", Səudiyyə Ərəbistanı)
Sufian Rahimi ("Əl-Ayn", BƏƏ)
Kristiano Ronaldo ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı)
Ayvan Toni ("Əl-Əhli Ciddə", Səudiyyə Ərəbistanı)
17-ci "Globe Soccer Awards" mükafatlandırma mərasimi dekabrın 28-də BƏƏ-də keçiriləcək. 14 əsas kateqoriyadan 12-sində qaliblər azarkeşlərin səsləri və xüsusi münsiflər heyətinin qərarı əsasında müəyyən edilir.
Səsvermənin birinci mərhələsi 18 noyabrdan 30 noyabra qədər davam edəcək. Azarkeşlər mükafatın rəsmi saytında namizədləri seçəcəklər, bundan sonra isə finalistlərin siyahısı tərtib olunacaq.
İkinci mərhələ 4–11 dekabr tarixlərinə planlaşdırılıb. Bu mərhələdə azarkeşlər finalistlərə səs verəcəklər, "Globe Soccer Awards" münsiflər heyəti də qaliblərin müəyyən edilməsində iştirak edəcək.
Qeyd edək ki, hazırda 41 yaşlı portuqaliyalı hücumçu Kristiano Ronaldo səslərin 54,6 faizini toplayaraq azarkeş səsverməsində liderlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















