Müəllim uşağı valideyn zorakılığından qoruya bilərmi? Hüquqi izah
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Uşaq üçün ən doğma yer olan ailə bəzən onun ən böyük qorxusuna çevrilə bilər. Bağlı qapılar arxasında yaşanan zorakılıq bəzən illərlə uşağın susqunluğuna, özünə qapanmasına, dərslərdən geri qalmasına səbəb olur. Belə hallarda bəzən uşağın köməyinə çatan ilk insan müəllim olur. Diqqətli, hər şagirdinə fərdi yanaşan müəllim bunu sezib yardım etmək istəyir. Amma çox vaxt ya nə edəcəyini bilmir, ya da ehtiyat edir.
Belə hallarda müəllim necə müdaxilə etməlidir? Məişət zorakılığına məruz qalan uşağı qorumaq üçün onun hansı hüquqları, səlahiyyəti var?
Azərbaycanda müəllim məişət zorakılığına məruz qalan uşağın müdafiəsi üçün nəinki tədbirlər görə bilər, hətta bu barədə aidiyyəti dövlət orqanlarına məlumat verə bilər. Təbii ki, uşağı ailədən ayırmaq, valideynlik hüququnu məhdudlaşdırmaq müəllimin səlahiyyətinə daxil deyil. Lakin müəllim uşağın təkcə fiziki deyil, həçminin psixoloji zorakılığa məruz qaldığını öyrəndikdə öncə məktəb rəhbərliyinə məlumat verməlidir. Bundan sonra aidiyyatı orqanlara müraciət etməlidirlər.
Bəzi müəllimlər ürək yanğısıyla şagirdinin əzablarını kənardan izləyib müdaxilə etməyə ehtiyat edirlər. Xüsusilə də gənc müəllimlər bilməlidirlər ki, bu vacib müdaxilə ölkə qanunları ilə tənzimlənir, yəni qorxmağa əsas yoxdur. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsi uşaqda zorakılıq əlamətləri aşkar edildikdə valideynlərin və müəssisə işçilərinin müvafiq dövlət qurumlarına məlumat vermək öhdəliyini müəyyən edir.
“Valideynlər (onları əvəz edən qəyyumlar), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin metodiki materialında da məktəb işçisinin şübhə yarandıqda rəhbərliyə, rəhbərliyə müraciət etmək mümkün olmadıqda isə birbaşa yerli icra hakimiyyətinə və polisə məlumat verməsi tövsiyə olunur.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















