Icma.az
close
up
RU
ANANIN YARDIM ÇAĞRIŞI “Bir ananın fəryadını geri çevirməyin” + FOTO/ VİDEO

ANANIN YARDIM ÇAĞRIŞI “Bir ananın fəryadını geri çevirməyin” + FOTO/ VİDEO

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

9 yaşlı Yusifli Camal Yasin oğlu anadan olandan ağır serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu illər ərzində ailəsi onun müalicəsi üçün bütün imkanlarından istifadə edib. Hazırda ailənin maddi durumu isə çox ağırdır, Camalın müalicə xərclərini qarşılamağa imkanları yoxdur.

Camalın anası Yusifova Pəri Natiq qızı  qızı “AzPolitika" vasitəsiiilə ictimaiyyətə müraciət edərək imkanı olan hər kəsdən yardım istəyir.

"Mən, Yusifova Pəri Natiq qızı, bütün vicdanlı insanlara, xeyirxah qəlbli və imkanlı vətəndaşlara müraciət edirəm.

Oğlum – Yusifli Camal Yasin oğlu, hazırda 9 yaşındadır və 9 ildir ki, ağır serebral iflic xəstəliyindən əziyyət çəkir. O, bu illər ərzində çox böyük əzablarla yaşamaqdadır: yalnız bir qulağı eşidir, gözləri görmür, danışa bilmir, addım ata bilmir, tamamilə yataq vəziyyətindədir. Bütün bədəni tonus içindədir, qolları və ayaqları açılmır.

Bir müddət əvvəl həkimlər yeganə çıxış yolu kimi xüsusi inyeksiya təyin etdilər. Şükürlər olsun, avqust ayının 25-də Bakıdakı Refleks Reabilitasiya Bərpa Mərkəzində hörmətli həkim Röyanə Quluzadənin iştirakı ilə oğluma həmin inyeksiya vuruldu. Bu prosedurun xərcini xeyirxah insanlar qarşıladı. Mən bu yaxşılığa görə minnətdaram.

Lakin həkimlərin dediyinə görə, inyeksiyanın fayda verməsi üçün 20 gün boyunca gündəlik masaj və idman-terapiya seansları keçirilməlidir. Bir seansın qiyməti 20 manatdır. Bu isə ailəmiz üçün çox böyük məbləğdir. Əgər bu prosedurlar həyata keçirilməsə, vurulan iynənin təsiri olmayacaq və övladımın vəziyyəti yenidən ağırlaşacaq, tonus artacaq.

Bundan əlavə, həkimlər Camalın ayaqlarının açıq saxlanılması üçün xüsusi karset də yazıblar. Onun qiyməti isə təxminən 600 manatdır. Təəssüf ki, bu məbləği qarşılamağa imkanımız yoxdur.

Əziz həmvətənlər! Mən bir ana olaraq sizdən yalvararaq xahiş edirəm – müraciətimi cavabsız qoymayın, bir ananın fəryadını geri çevirməyin. Balama gücünüz çatdığı qədər kömək edin. Çıxılmaz vəziyyətdəyik. Mən istəmirəm ki, övladım yenə də əvvəlki əzablı hallarla üzləşsin, zülm çəksin.

Bir ana üçün bu dərdi daşımaq çox ağırdır, yaşamayan bilməz. Allah heç kimə bala dərdi göstərməsin. Mən bilirəm ki, övladım heç vaxt sağlam uşaqlar kimi olmayacaq, amma ən azından onun çəkdiyi zülm və əziyyətlərin bir hissəsini azaltmaq olar.

Sizdən Allah rizası üçün dəstək diləyirəm. Bir ananın göz yaşlarına biganə qalmayın, övladımın dərdinə şərik olun, yardım əlinizi uzadın. Allah sizdən razı olsun!

Əlaqə nömrəsi (WhatsApp mövcuddur): 055 661 37 81
Bank hesabı: Kapital Bank
Kart nömrəsi: 4169 7388 3434 7076

Hörmətlə, Yusifova Pəri Natiq qızı (Camalın anası)"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri