Icma.az
close
up
RU
Anar Bağırov Avstriyada Beynəlxalq Antikorrupsiya Akademiyasında olub

Anar Bağırov Avstriyada Beynəlxalq Antikorrupsiya Akademiyasında olub

Icma.az, Aznews.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir.

Vəkillər Kollegiyasının (ARVK) sədri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Laksenburq əyalətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) səfər edib və Akademiyanın rektoru Slagjana Taseva ilə görüş keçirib.

Bu barədə kollegiyadan məlumat verilib.

Bildirilib ki, Görüşdə IACA-nın rektoru Slagjana Taseva ARVK sədrinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Akademiyanın fəaliyyəti haqqında geniş məlumat verib, korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, o cümlədən Azərbaycan Baş Prokurorluğu ilə uzunmüddətli və səmərəli əməkdaşlıq etdiklərini söyləyib.

Sonra Akademiyanın əməkdaşları IACA tərəfindən təşkil edilən təlimlər və tədris proqramlar barədə danışıblar.

Görüşdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək vəkillərin peşəkar inkişafına və təhsilinə böyük önəm verildiyini bildirib, həmçinin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən səmərəli tədbirlər və hüquqi islahatlar çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə effektiv strategiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. O, IACA ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycan vəkillərinin bu akademik platformadan yararlanmasının əhəmiyyətini qeyd edib.

Görüş zamanı ARVK-nın Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və son illərdə həyata keçirilən işlər barədə təqdimatla çıxış edib.

Həmçinin nümayəndə heyətinin üzvü Elçin Usub müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüb, əməkdaşlığın gələcək perspektivləri və vəkillərin təhsil imkanlarının genişləndirilməsi barədə təkliflərini səsləndirib.

Görüş çərçivəsində tərəflər gələcək qarşılıqlı əməkdaşlıq strategiyalarını müzakirə edərək, vəkillərin peşəkar inkişafı və təhsilinin dəstəklənməsi istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər. Bu istiqamətdə IACA-nın magistr proqramları, qısa və uzunmüddətli təlim kursları, yay məktəbləri və digər akademik proqramlar üzrə Azərbaycan vəkilləri üçün güzəştlərin tətbiq edilməsi məsələsi də razılaşdırılıb.

Eyni zamanda IACA və ARRV arasında yeni təlim və ixtisasartırma proqramlarının təşkili planlaşdırılır.

Görüş zamanı təşkilatlar arasında əməkdaşlığın davamlı və institusional əsasda inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı suallar və təkliflərin müzakirəsi ilə davam edib.

Beynəlxalq Antikorrupsiya Akademiyası - korrupsiyaya qarşı mübarizə sahəsində peşəkar təhsil və tədqiqatların aparılması məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda Akademiya 81 ölkədən dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək korrupsiyaya qarşı mübarizə üzrə müasir bilik və bacarıqların inkişaf etdirilməsinə töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see203

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see189

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see185

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see181

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see151

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see132

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see131

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see126

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see125

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see125

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see124

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see121

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see119

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see116

Hakan Fidan: Türkiyə həmişə olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır

26 Fevral 2025 13:32see116

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see114

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see114

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see113

Müğənninin ailəsində faciə ÖLƏNLƏR VAR

26 Fevral 2025 07:10see112

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri