Icma.az
close
up
RU
Anar Məmmədov Goranboyda şəhid ailəsini ziyarət etdi Fotolar

Anar Məmmədov Goranboyda şəhid ailəsini ziyarət etdi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Xan Qərvənd kəndində iki şəhid atası Musa Ağalarovu ziyarət edib, ailənin sosial-məişət qayğıları və ehtiyacları ilə yaxından maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak ediblər.

Görüş zamanı Vətən uğrunda iki övladını fəda edən Musa Ağalarov kəndin əsas avtomobil yolundan başlayaraq onun yaşayış evinə qədər olan, təxminən 1000 metr məsafəni əhatə edən kəndiçi yolun keçilməz vəziyyətdə olduğunu bildirib, həmin yol hissəsinin asfaltlanması ilə bağlı xahişini diqqətə çatdırıb.
Şəhid atasının müraciətinə xüsusi həssaslıqla yanaşan deputat Anar Məmmədovun təşəbbüsü, bilavasitə dəstəyi və aidiyyəti qurumlarla operativ koordinasiyası nəticəsində qısa müddət ərzində həmin yolda yenidənqurma və asfaltlama işləri həyata keçirilib. Bütün texniki və qanunvericilik tələblərinə riayət olunmaqla tam asfaltlanan yol sakinlərin və şəhid ailəsinin istifadəsinə verilib.

Yolun açılışı zamanı qeyd olunub ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının qayğılarının həlli, onların məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat Anar Məmmədov və İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailəsinə göstərilən diqqətin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Göstərilən diqqət və qayğıya görə şəhid atası və onun ailə üzvləri ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Musa Ağalarov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən iki qəhrəman övladın atasıdır. Onun övladlarından biri 1993-cü ildə Birinci Qarabağ müharibəsində, digər övladı isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri