Anar Məmmədov Tərtərdə sakinlərin müraciətlərini dinlədi Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
YAP-çı deputat Anar Məmmədov Tərtər rayonu Ələsgərli kəndində vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon ağsaqqalları iştirak edib.
Qəbul zamanı sakinlər tərəfindən müxtəlif sosial, infrastruktur və fərdi məsələlərlə bağlı müraciətlər səsləndirilib. Anar Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılması tələb olunan digər müraciətlərlə bağlı isə müvafiq qurumlara sorğuların göndərilməsi və nəticələrin izlənilməsi qərara alınıb.
Rayon ağsaqqalları və sakinlər dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 19 Fevral 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















