Anar Quliyev: “80 mindən çox insan azad edilmiş ərazilərə qayıdıb”
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilər yaşıl, ağıllı və təhlükəsiz yaşayış məntəqələri kimi inkişaf etdirilir. Burada bərpa olunan enerji mənbələri, dayanıqlı nəqliyyat sistemləri, rəqəmsal idarəetmə, ekoloji cəhətdən təmiz infrastruktur, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur.
Anar Quliyev qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf və iqlim fəaliyyəti istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təşəbbüslərdə də fəal iştirak edir. O, COP29 çərçivəsində irəli sürülən Bakı İnsan İnkişafı Təşəbbüsünü xüsusi vurğulayaraq bildirib ki, bu platforma urbanizasiya prosesinə inteqrasiya olunmuş yanaşmanı təşviq edir və iqlim fəaliyyəti, məkan bərabərliyi ilə sosial inklüzivliyi bir araya gətirir.
Komitə sədri həmçinin COP29 zamanı təqdim olunan “Davamlı və Sağlam Şəhərlər” çoxtərəfli fəaliyyət platforması — MAP Initiative barədə də məlumat verib.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 19 May 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















