Icma.az
close
up
RU
Anar Tağıyev şəhidin dəfn mərasimində iştirak edib FOTOLAR

Anar Tağıyev şəhidin dəfn mərasimində iştirak edib FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilmişdir. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak ediblər

"Unikal" xəbər verir ki, şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il yanvar ayının 10-da itkin düşmüşdür.

Şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin şəhid anasına qarşı göstərdiyi münasibət hər kəsin diqqətini çəkib, xoş təəssürat yaradıb. 

Bununla bağlı sosial şəbəkələrdə müsbət fikirlər səsləndirilib.

İctimai-siyasi fəal Anar Salehoğlu öz sosial şəbəkə hesabında bildirib ki, fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan Anar Tağıyev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Yevlaxda əsaslı şəkildə hiss olunmasını təmin edən əsas şəxsdir:

“Şəhər rəhbəri dəfn mərasimində şəhid anasının əllərindən öpərək şəhidlik zirvəsinə öz hörmət və ehtiramını çatdırdı və ona təsəlli verməyə çalışdı. Gördüklərim məni həm kövrəltdi, həm də qürurlandırdı. Ona görə kövrəldim ki, illərdir öz itkin, şəhid övladının yolunu gözləyən ananın gözlərindəki həsrəti, qəm və qüssəni gördüm, hiss etdim. Ona görə qürurlandım ki, cənab Prezidentin doğma Yevlaxımızdakı nümayəndəsinin, sözcüsünün - Anar Tağıyevin şəhid anasına qarşı bir övlad kimi davrandığının, onu sevib əzizləməsinin şahidi oldum. Bu mənzərə hər bir məmur üçün nümunədir. Onlar da öz fəaliyyətlərində Yevlaxın icra başçısı Anar Tağıyev kimi nümunəvi addımları ilə rəhbərlik etdikləri rayonlarda, idarə, təşkilat və müəssisələrdə məmur-vətəndaş münasibətlərinin inkişafına töhfə verməyə çalışmalıdırlar”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri