Icma.az
close
up
RU
Anar Vəziroğlu film və serialları sərt tənqid etdi: “Ucuz ətin şorbası olmur”

Anar Vəziroğlu film və serialları sərt tənqid etdi: “Ucuz ətin şorbası olmur”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan telekanallarında yayımlanan verilişlərin və serialların səviyyəsi kifayət qədər aşağıdır”. 

Bu sözləri şair, yazıçı, fəlsəfə doktoru Anar Vəziroğlu “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, hazırda film və serial sahəsinə ayrılan maliyyə də çox aşağı səviyyədədir: 

“Ona görə də həmin pula ancaq bayağı layihələr ərsəyə gətirə biləcəklərini düşünürlər. Məsələn, qonşu Rusiyada yüksək səviyyədə filmlər çəkilir. Çünki onlar, həmin filmlərin, serialların gələcəkdə də izləniləcəyini fikirləşirlər. Lakin bizdə isə sadəcə bir dönəm baxılacaq ekran işləri çəkirlər. Həmçinin, peşəkar insanlara pul vermək istəmirlər. Hərçənd ki, heç vaxt ucuz ətin şorbası olmur. 

Təəssüf ki, Azərbaycanda gələcək üçün film və ya serial çəkilmir. Hətta deyərdim ki, hazırda çəkilən ekran işləri bir qrup izləyici üçün nəzərdə tutulur. Çünki həmin filmlərə və seriallara sadəcə müəyyən bir kateqoriya baxır”. 

Ekspert indi çəkilən filmlərin köhnə filmlərdən geri qalmasının səbəblərindən danışıb: “Sovet dövründə filmləri öncə münsiflər izləyirdilər.

Orada çox tanınmış şəxslər və peşəkarlar olurdu. Yəni hansısa nəzarətdən keçirdi. İndi isə kim hansı janrda istəsə, film çəkir. Hətta çox aşağı məbləğə kino çəkirlər. Bizdə aktyorlara da normal qonorar verilmir. Təəssüf ki, buna görə də filmlərə yaxşı aktyorlar cəlb oluna bilmir. Çünki görkəmli sənətçilər haqlı olaraq yüksək qonarar tələb edirlər”. A.Vəziroğlu onu da əlavə edib ki, efirlərdə bayağılıq baş alıb gedir: 

“Bu gün televizoru açanda qəribə məzmunlu layihələr görməyimizin özü iyrənclikdir. Deməli, buna tələbat da var. İşlənmiş layihələri təkrar etmək asandır. Yeni layihələr ərsəyə gətirmək istəmirlər”. Həmsöhbətimiz türk seriallarının nə üçün bu qədər inkişaf etməsinin səbəblərindən də söz açıb: 

“Maddiyatın olmadığı yerdə heç bir inkişaf ola bilməz. Türkiyə serialları çox yüksək səviyyədə çəkilir və davamlı olaraq inkişaf edir. Azərbaycan izləyicisi də daha çox türk seriallarına baxır. 

Çünki dilimizə ən yaxın seriallar məhz onlardır. Orada bu sektora çox yüksək məbləğdə vəsait ayırılır. Üstəlik, türklər pulu yaxşı xərcləməyi də bilirlər. Ümumiyyətlə, aktyora yüksək qonarar verəndə istənilən qədər dubl çəkib onu hədəflənən səviyyəyə çıxarmaq olur. Düşünürəm ki, Azərbaycanda bu sektorda maddiyat güclənsə, bizdə də yaxşı film və seriallar çəkilər”. 

Aslan 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri