Anardan deputata: “Çimərlik” sözünü Azərbaycan dilinə Xəlil Rza gətirib
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Hamının, hətta rəsmi dairələrində “tormoz” sözünü müdafiə etdiyi bir zamanda Rəsul Rza belə bir təklif irəli sürdü: “Dilimizdə əyləmək sözü varsa, niyə onun əsasında əyləc sözünü yaratmayaq?” Göydələn, öləri, çimərlik sözlərinin dilimizdə banisi Rəsul Rzadır”.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.
AYB sədri Anar Rzayev də deputatın çıxışına münasibət bildirib: “Elnarə Akimova Rəsul Rza haqqında çox dəyərli fikirlər səsləndirdi. Amma qeyd etmək istəyirəm ki, “çimərlik” sözünü Azərbaycan dilinə Xəlil Rza gətirib. Ona görə də özgə malını qeyd etməyək”.
Baxış sayı:76
Bu xəbər 08 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















