Icma.az
close
up
RU
Anardan yazarlara verilən evləri satdığı iddiasına cavab: Çox nanəcib adam olduğu üçün...

Anardan yazarlara verilən evləri satdığı iddiasına cavab: Çox nanəcib adam olduğu üçün...

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 2-də şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxıb.

O, bununla bağlı “Kulis.az”-a açıqlama verərək AYB-dən ayrılmasını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa uğradığını bildirib.

Şair açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin AYB-yə məxsus evlərin satışı ilə məşğul olduğunu iddia edərək, ondan ev üçün 150 min manat istədiyi deyib.

Maraqlıdır, səsləndirlən bu iddialar doğrudurmu? AYB-nin balansında olan mənzillərin satışı mümkündürmü? Ümumiyyətlə, AYB-də yazıçılar üçün mənzil təminatı ilə bağlı ev bölgüsü hansı prinsiplərə əsasən həyata keçirilir?

Bununla bağlı “Cebheinfo.az” saytı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev ilə əlaqə saxlayaraq, məsələyə münasibətini öyrənib.

Sədr bu iddiaların tamamilə əsassız olduğunu deyib:

"Biz onu məhkəməyə vermişik. Çünki bu, sayıqlamalardır, böhtandır. Başdan-ayağa yalandır. Ona biz hər cür şərait yaratmışıq. Çox nanəcib adam olduğu üçün belə sayıqlamalar edir, əsassız iddialar səsləndirir. Hətta onu saytlarda yerləşdirənlərə də ayıb olsun ki, belə sərsərinin sözü ilə bütün Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini təhqir edirlər. Bundan başqa heç nə deyə bilmərəm. Bu iddiaların heç biri doğru deyil".

Xalq yazıçısı Anar Rzayev bildirib ki, yazarlar üçün mənzil təminatı ilə bağlı proses tam ədalətli şəkildə aparılıb:

"10 il ərzində çalışdıq, yazıçıların mənzil təminatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etdik. Prezidenti İlham Əliyev cənabları bizə torpaq sahəsi ayırdı. Biz orada evlər tikdik və əvvəldən razılaşdırıldığı kimi, mənzillərin 20 %-i bizə ayrıldı.

Həmin mənzillərdən tam ədalətli bir şəkildə 20 nəfər yazıçıya ev verildi. Lakin hər kəsin təmin edilməsi mümkün deyildi. İndi o evi almayanlar da layiqdilər. Bu gün 20 yerə 50 nəfəri yerləşdirmək mümkün deyil. Buna baxmayaraq, mənzil ala bilməyənlər arasında abırlı adamlar da var və onlar özlərini düzgün aparırlar.

Bu dəfə olmadı, ola bilər ki, gələcəkdə alarlar. Amma elələri də var ki, düşünürlər, böhtan və şər atmaqla, yalan danışmaqla bunlar təzədən ev alacaqlar. Çox səhv edirlər. Artıq məsələ məhkəmə müstəvisində araşdırılır və hüquqi çərçivədə həll ediləcək”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: yazarlar evlər Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri