Icma.az
close
up
RU
Anası gözləri qarşısında bıçaqlanan şəxs 30 minlik mülki iddia qaldırdı, məhkəmə təmin etmədi

Anası gözləri qarşısında bıçaqlanan şəxs 30 minlik mülki iddia qaldırdı, məhkəmə təmin etmədi

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Ağazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayətinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilib.
Təqsirləndirilən şəxs apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini, ona daha az cəza təyin edilməsini xahiş edib. O, apellyasiya şikayətini onunla əsaslandırıb ki, əməlindən səmimi peşimandır, böyrək xəstəliyindən əziyyət çəkir, böyrəyinin biri yoxdur. Firqət Ağazadə cinayət əməlinin törədilməsini zərərçəkmiş şəxs tərəfindən təhrik edildiyini vurğulayıb.
Zərərçəkmiş Valeh Məmmədov isə apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib. O, apellyasiya şikayətini onunla əsaslandırıb ki, Firqətin niyyəti onu öldürmək olub. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən onun vəsatəti ilə iş təqsirləndirilən şəxsə daha ağır Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilməsi üçün ibtidai araşdırmaya rəhbərlik edlən prokurora qaytarılsa da, yenə də təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham verilmədi. Həmçinin Valeh Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxs onun gözləri qarşısında anasını, anasının gözləri qarşısında isə onu öldürməyə cəhd edib.
Eyni zamanda zərərçəkmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə qarşı mülki iddia verərək, Firqət Ağazadənin ona vurduğu maddi ziyana görə 25 000 manat, mənəvi ziyana görə 5 000 manat, ümumilikdə 30 000 manat pulun alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş edib.
Qərara əsasən, şikayətlər təmin edilməyib.
Qeyd: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firqət Ağazadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: Lənkəran rayonunun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermada onun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədovanı bıçaqlayıb. Anasının səsinə gələn Valeh Məmmədov da Firqət Ağazadənin hücumuna məruz qalıb.
Sonra isə Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.
Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Firqət Məmmədov tibbi yardımdan göstəriləndən sonra polisə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.3 maddəsi ilə cinayət işi açılıb.
Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see137

ECO nun Xankəndidə keçirilən 17 ci Zirvə görüşü Özbəkistan mətbuatında geniş yer alıb

07 İyul 2025 12:45see126

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see126

İsrail Yəməndəki Husi hədəflərinə dağıdıcı zərbələr endirib

07 İyul 2025 06:16see121

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see121

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see120

“Rusiya və Azərbaycan müttəfiqdirlər və belə də qalmalıdırlar” Peskov

07 İyul 2025 16:07see118

Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi CƏZA

07 İyul 2025 08:04see117

Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır

07 İyul 2025 13:20see117

Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb

08 İyul 2025 01:55see116

Ac qurdlar kimi bir söz deməmiş, hamı tökülüşür rəylərə Pərvin

07 İyul 2025 16:07see115

3500 illik itmiş şəhər tapıldı: Alimlər heyrət içindədir

07 İyul 2025 13:37see115

Husilər İsraili atəşə TUTDU

07 İyul 2025 14:07see115

Sabunçuda soyğunçuluq edən şəxslər saxlanılıblar KONKRET

07 İyul 2025 14:53see114

Rosqvardiya rəhbərinin keçmiş müavini saxlanılıb

07 İyul 2025 17:53see114

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see114

Zaqatalada “Məişət zorakılığına qarşı birlik” adlı layihə icra edilib

08 İyul 2025 20:12see114

Marksın “gizli” sevgisi

08 İyul 2025 16:16see114

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

07 İyul 2025 08:06see112

Maskın relsdən çıxdığını görəndə kədərlənirəm

07 İyul 2025 07:52see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri