Icma.az
close
up
RU
Anasını amansızlıqla qətlə yetirən oğuldan tükürpədən ifadələr: Ailəsi dağıldı, evi yandırdı... Dəhşətli cinayət

Anasını amansızlıqla qətlə yetirən oğuldan tükürpədən ifadələr: Ailəsi dağıldı, evi yandırdı... Dəhşətli cinayət

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Qaradağ rayonunda 1991-ci il təvəllüdlü Kamran Şükürzadə anası, 1967-ci il təvəllüdlü Aybənizi qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 20 iyul 2024-cü ildə Qaradağ rayonu, Ümid qəsəbəsi, 9-cu Ümid küçəsində yerləşən 38 nömrəli evdə baş verib. 
Bakı şəhər sakini Kamran həmin gün saat 07:30-da birlikdə yaşadığı anası Aybəniz ilə aralarında daha əvvəllər də baş vermiş təhqirlə müşayiət olunan, onun tüfeyli həyat tərzi yaşamasına irad bildirilməsi məzmununda olan ailə daxili münaqişənin yenidən baş verməsindən hiddətlənib. 
Kamran anasını xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək qərarına gəlib. O, cinayətkar niyyətini reallaşdırmaq məqsədilə həmin vaxt qeyd olunan evin həyətindəki daşın altında əvvəlcədən gizlətdiyi bıçağı götürərək həmin evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb. O, bıçaqla anasına çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlərdən ölüb. 
Hadisəni törədən Kamranın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam ölüdürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, atası Etibar yük avtomobili sürücüsüdür, anası mərhum Aybəniz Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında aşpaz işləyib:
“Bacım 2011-ci ildə rəsmi nikaha daxil olub, həmin vaxtdan Ümid qəsəbəsində başqa yerdə yaşayır. 2014-cü il də xalam qızı  ilə rəsmi nikaha daxil olmuşam. Həmin nikahdan iki övladım dünyaya gəlib. İki oğlum var. Arvadım və uşaqlarım 2022-ci ildən Yevlax şəhərinə köçüb. Köçməklərinə səbəb atam və anamın söz-söhbətləri olub. Hazırda arvad və uşaqlarım ilə heç bir əlaqəm yoxdur. Uzun illərdir ki, ev daxilində münaqişələr səngimək bilmir, atam və anam davamlı olaraq məni söyür, təhqir edir və ailəmi götürərək aparmağı tələb edirlər. Mən də səbr edirdim. Bu söhbətlərə görə 2022-ci ildə qayınatam Əlizamin mən işdə olduğum vaxt evə gələrək arvadım və uşaqlarımı Yevlax şəhərinə apardı. Bu məsələdən sonra valideynlərimlə münasibətim kəskinləşdi. Ümumiyyətlə, ailədaxili münasibətlərin pisləşməsi atam Etibar cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra başladı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən 3 gün qabaq, yəni 17 iyul 2024-cü ildə yenə evdə valideynləri ilə mübahisələri olub: “Evi yandırdığım üçün məni təhqir etməyə başladılar. Mənə “ biz səni görmək istəmirik, çıx get burdan” dedilər. Mən də əsəbləşərək evdən getdim. Buna görə valideynlərimi cəzalandırmaq istəsəm də, uşaqlıq xatirələrim yadıma düşdüyü, onlara yazığım gəldiyi üçün heç nə etmək istəmirdim. Hadisədən bir gün qabaq yenə evdə atam və anam ilə dalaşdım. Axşam saat 20 radələrində evdən çıxdım və Ümid qəsəbəsində gəzintiyə getdim. Bir neçə saat özüm ilə tək qalaraq evə qayıtdım. Həmin vaxt spirtli içki qəbul etmədim. Mən artıq evə gələndə valideynlərim yatmışdılar. Həmin vaxt onları öldürmək istəmədim”. 
Kamran Şükürzadə bildirib ki, iyulun 20-də, saat 7 radələrində yuxudan oyanıb: “Bu vaxtı atam Etibar işə getmişdi, anam Aybəniz həyətdə iş görürdü. Mən zirzəmiyə düşdümş. Bu zaman Aybəniz mənə “biqeyrət, oğraş, çıx get burdan” dedi. Mən də əsəbləşərək marketə gedərək spirtli içki almaq qərarına gəldim. Qəsəbədə olan Məzahirin marketinə getdim. Həmin market evdən 15 dəqiqəlik məsafədədir. Marketdən iki ədəd spirtli içki aldım. Marketin kənarında olan fermanın həyətinə girib iki spirtli içkini də içdim. Evə tərəf getdim. Mətbəxə qalxıb çay içdim. Anam bu zaman həyətdə alaq otları təmizləyirdi. Mən çay içdikdən sonra aşağı düşdüm. Zirzəmiyə girib bıçağı belimə qoydum. Bıçağı belinə qoyub həyətə anamın yanına düşdüm. Məni görən Aybəniz ünvanıma yenə nalayıq ifadələr işlətməyə başladı. Mən əlimi belinə ataraq bıçağı götürdüm və Aybənizi vurmaq istəsəm də, fikrimdən döndüm”. 
Kamran deyib ki, daha sonra anası Aybəniz yenə onu söyüb: “Bu dəfə dözə bilmədim və Aybənizi bıçaqla vurmaq qərarına gəldim. Aybənizin sol tərəfi mənim istiqamətimdə idi. Sağ əlimi belimə ataraq Aybənizin sol tərəfinə bıçaq zərbəsi endirdim. Mənim yadımda qalan səkkiz bıçaq zərbəsi vurmamdır. Həmin vaxtı hislərimi cilovlaya bilmədim. Əsəbdən gözlərim heç nə  görmürdü. Birdən artıq Aybənizin qanlar içərisində yerdə uzandığını gördüm. Aybəniz artıq ölmüşdü. Bıçağı Aybənizin boğaz nahiyəsində qoyub evə getdim. Evdə əynimi dəyişdim, əlimi-üzümü yudum. Sonra törətdiyim cinayət əməlini dərk etdiyim üçün qaçmağın mənasız olduğunu fikirləşdim və polis bölməsinə gedərək təslim olmaq istədim. Salyan şosesinə çıxdım və “manatlıq taksi”yə minərək 38-ci Polis Bölməsinə gedərək təslim oldum”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamran Şükürzadə 16 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri