Anasını təcili evə çağırdı, boğazından bıçaqlayaraq öldürdü Bakıda qətlə yetirilən qadının FOTOSU
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayeva qətlə yetirilib.
Oxu.Az Trend.az-a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda baş verib.
Emil Xanlar oğlu Ağayev anası, 67 yaşlı Həyat Nəzər qızı Ağayevanı bıçaqla boğazında xəsarət yetirərək amansızlıqla öldürüb. Məlumatda qeyd olunur ki, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olduğuna görə ailə tərəfindən bir müddət narkotik asılılığına görə aidiyyəti dispanserdə müalicə etdirilib.
Mərhumun yaxınları qeyd ediblər ki, Emin Ağayev hadisəni törətməmişdən əvvəl həyat yoldaşı ilə birgə gecə qayınanasıgildə qalıb.
Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
Baxış sayı:88
Bu xəbər 26 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















