Anasının xəstəliyi onu komediya aktyoru etdi, zarafatlarına görə döyüldü təmizlikçilikdən Hollivuda VİDEO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tam adı Ceyms Yucin Kerri olan aktyor 1962-ci ilin 17 yanvarında Kanadanın Nyumarket şəhərində doğulub.
Ölkə.Az aktyor Cim Kerri haqqında maraqlı faktları təqdim edir:
Ailədə 4 övladdan ən kiçiyi olub. Cim Kerrinin uşaqlığı çətin keçib. Atası Persi saksafon ifaçısı idi, lakin mühasib olmaq və ailəsini dolandırmaq üçün musiqi karyerasından imtina etmişdi. Anası isə evdar qadın idi və ipoxondriyadann əziyyət çəkirdi, yəni xəstəlik xəstəsi idi.
Anasının davranışı Cim Kerrinin də həyatını çətinləşdirirdi.
“7 yaşımda idim və anam “Beynim inanılmaz dərəcədə pisləşir. İstənilən vaxt ölə bilərəm” kimi sözlər deyərdi. Bunlar məni tamamilə sarsıdırdı. Dəhşətlidir, amma bu, onun diqqət və sevgi qazanmasının yolu idi”,- deyə aktyor söyləyir.
Məhz o zamandan Cim anasının özünü daha yaxşı və xoşbəxt hiss etməsi üçün evdə komediya ilə məşğul olmağa başlayır.
Anasının psixoloji problemləri balaca Cimə də təsirsiz ötüşmür. O, həyatı boyu depressiya ilə mübarizə aparan və məktəbdə tez-tez dərsi yarımçıq qoyan narahat uşaq idi. Cimə diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) diaqnozu qoyulmuşdu.
Yedinci sinifdə olanda müəllimlərindən biri dəcəl Cimə şərt qoşmuşdu. Əgər sinif yoldaşlarını rahat dərs oxumağa qoysa, günün sonunda sinifdə hər kəs qarşısında 15 dəqiqə danışa bilərdi. Bu şərti qəbul edən balaca Cim fürsətdən istifadə edərək sinif yoldaşlarını əyləndirir və stənd-ap qabiliyyətini inkişaf etdirirdi.
16 yaşı olarkən Cimin atası işsiz qalır. Bu da 6 nəfərlik ailənin evsiz qalması, mikroavtobuslarda, çadrlarda yaşamasına səbəb olur. Ailəsinə dəstək olmaq istəyən Ceyms məktəbi atır və təkər fabrikində 2 il təmizlikçi işləyir.
Fabrikdə işləməyə davam etdiyi dövrdə Kerri komediya ilə məşğul olmağa başlayır. O, 2007-ci ildə müsahibələrindən birində demişdi ki, əgər şou dünyasındakı karyerası istədiyi kimi olmasaydı, böyük ehtimalla, bu gün fabrikdə işləyirdi.
Onu komediyaya yönləndirən və ən böyük dəstəkçisi atası idi. 15 yaşında Kerri öz materialını yazır və Kanadadakı kiçik yerli pablarda tamaşaçıları güldürürdü. 17 yaşında komediyaçı kimi dolanışığını təmin edə bilirdi. 100-dən çox personajı canlandıra bilən coşğun enerjisi və təqlidi ilə tanınan Kerri bir neçə il sonra Hollivuda köçür.
Cim Kerri dünyaca məşhur aktyor olmazdan əvvəl illər boyu ulduzluğa yüksəlişini təsəvvür etməyə çalışırdı. Hətta o, 1990-cı ildə "göstərilən aktyorluq xidmətləri"nə görə özünə 10 milyon dollarlıq çek yazmışdı və bunu tezliklə gerçəkləşdirəcəyinə söz vermişdi. Çox keçmədən 1994-cü ildə o, "Axmaq və daha axmaq" filmindən 10 milyon dollar qazanacağını öyrənmişdi.
“Komediya” deyiləndə dünyada ağla gələn bir neçə aktyordan biri olsa da, Cim vaxtilə zarafatlarına görə döyülüb. Kerri deyir ki, komediya klublarında çıxış etdiyi zamanlarda dəfələrlə zarafatlarını bəyənməyən tamaşaçıların hücumuna məruz qalıb.
bvjnmlmjçıhhjjhtyh4hjhty4tyhtyhtyhCim Kerri ümumilikdə 50 filmdə, müxtəlif televiziya şoularında və seriallarda yer alıb.
Onun çəkildiyi ən populyar filmlərə “Heyvan detektivi”, “Maska”, “Axmaq və Daha Axmaq” “Truman şou”, “Ləkəsiz ağlın əbədi gün işığı”, “Qüdrətli Bryus”, “Sonsuzadək betmən”, “Qrinç Miladı necə oğurladı”, ““Cənab Popperin Pinqvinləri” və s. misal göstərmək olar.
Cim Kerrinin həyatının çətin anlarından biri də onun keçmiş sevgilisi Katrionanın ölümü ilə bağlıdır. Belə ki, Kerrinin keçmiş sevgilisi Katriona Uayt 2015-ci ildə intihar şübhəsi ilə reseptli dərmanın həddindən artıq dozasından ölü tapılıb. Onun dəfnində Kerri də iştirak edir. Bundan sonra Katrionanın anası və həyat yoldaşı qızın ölümündə Cim Kerini ittiham edir. Aktyor isə Ketin problemlərinin ikisi görüşməzdən daha əvvəl başladığını deyir. Hər iki məhkəmə işinə 2018-ci ildə xitam verilir.
Cim Kerri karyerası boyu rollarına görə, Qızıl Qlobus,Emmi, Qremmi Mükafatları, Britaniya Akademiyası Film Mükafatı, Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla çox sayda mükafatlar alıb. 2010-cu ildə Fransa Mədəniyyət Naziri tərəfindən İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif edilib.
Cim Kerri “qadınlar onları güldürən kişiləri sevir” cümləsinin ən bariz nümunəsidir. Onun həyatında çox sayda qadın olub.
Kerri 1983-cü ildə 8 ay müğənni Linda Ronstadtla görüşüb.
1987-ci ildə Kerri keçmiş aktrisa və “Komediya klub”unun ofisiantı Melissa Vomer ilə evlənib və cütlüyün bir qızı doğulub. 1995-ci ildə boşanıblar.
1996-cı ildə Kerri amerikalı aktrisa Lauren Holli ilə evlənib. Bu evlilik də qısa sürüb.
O, həmçinin "Mən, Özüm” və “İren" seriallarının ulduzu Rene Zellveqer ilə nişanlanıb. 1 il davam edən münasibət 2000-ci ildə sonlanıb.
Növbəti illərdə Kerri model, aktrisa, vizajist və s. peşələrdən olan daha 5 qadınla sevgi münasibətləri yaşayıb.
Uşaqlığında kasıb həyat sürən Cim Kerri hazırda 180 milyon dollarlıq sərvətə malikdir.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















