Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxana 2025 ci ildəki fəaliyyətinə dair hesabat verib

Mərkəzi Elmi Kitabxana 2025 ci ildəki fəaliyyətinə dair hesabat verib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Mərkəzi Elmi Kitabxananın (MEK) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Hesabatı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov təqdim edərək bildirib ki, kitabxananın əsas fəaliyyət istiqamətlərini fondların zənginləşdirilməsi və rəqəmsallaşdırılması, oxuculara informasiya xidmətlərinin göstərilməsi, elmi tədqiqatların informasiya ilə təmin olunması, kitabxana-informasiya sistemində müasir texnologiyaların və süni intellektin tətbiqi təşkil edir. Bundan başqa, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi və mədəni tədbirlərdə iştirak, elmi məqalələrin nəşri və maarifləndirici layihələrin həyata keçirilməsi də kitabxananın əsas fəaliyyət istiqamətlərindəndir.

Prezident İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində MEK-in fəaliyyətindən bəhs edən Hüseyn Hüseynov qeyd edib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tərtibatında “Azərbaycan Konstitusiyası və suverenlik” adlı biblioqrafik göstərici nəşr olunub. O, həmçinin MEK-in və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və suveren Azərbaycan” adlı lektoriyanın keçirildiyini diqqətə çatdırıb. Hüseyn Hüseynov “Konstitusiya və Suverenlik İli” ilə bağlı MEK-də virtual və ənənəvi sərgilərin təşkil olunduğunu söyləyib.

Direktor “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, MEK-də AMEA Rəyasət Heyəti, Mərkəzi Elmi Kitabxana və YAP Mərkəzi Aparatının birgə təşkilatçılığı ilə AMEA-nın 80 illik yubileyinin qeyd olunduğunu bildirib. Vurğulayıb ki, eyni zamanda, kitabxanada “AMEA 80: Elmi irs və inkişaf” adlı virtual və ənənəvi sərgi təşkil olunub. “Azərbaycan Milli Elmlər Akademiyası” adlı ensiklopedik məqalə əsaslı şəkildə redaktə edilib, məzmun baxımından təkmilləşdirilib.

Ötən il həm də Mərkəzi Elmi Kitabxananın yaranmasının 100 ilinin tamam olduğunu deyən Hüseyn Hüseynov MEK-in yubileyinin keçirilməsi haqqında Rəyasət Heyətinin qərarını diqqətə çatdırıb. O, kitabxanada “MEK 100: Tarix və müasirlik” adlı virtual və ənənəvi sərginin təşkil olunduğunu, “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini, MEK-in yubileyi ilə əlaqədar “Mədəniyyət” televiziyası tərəfindən “100 illik tarix” adlı sənədli filmin hazırlandığını, eləcə də bir sıra nəşrlərin çap olunduğunu bildirib.

Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) haqqında məlumat verən direktor qeyd edib ki, AKİS əsasında elektron kitabxana, onlayn sifariş və çatdırılma, elektron sərgilər, oxucu rəylərinin analizi kimi xidmətlər istifadəyə verilib. Hesabat dövründə e-kitabxana üçün 60 000 tam mətnli nəşr hazırlanıb. Onlardan 35 000-dən çoxu elektron kitabxana bazasına yerləşdirilib. Bundan başqa, inklüziv kitabxanada oxuculara audioresurslar, danışan kitablar və audio-teatr formatında materiallar təqdim olunub. Hüseyn Hüseynov Azərbaycan kitabxanaları arasında ilk dəfə MEK-də süni intellektəsaslı səs ilə axtarış sisteminin hazırlandığını da vurğulayıb.

MEK-in direktoru Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elektron layihənin hazırlandığını, AMEA institut kitabxanalarının rəqəmsallaşdırılması istiqamətində Korporativ Elektron Kitabxana İnformasiya Sisteminin yaradılmasına başlanıldığını, il ərzində ilk olaraq Ədəbiyyat İnstitutunun bu sistemə qoşulduğunu söyləyib.

O, həmçinin il ərzində beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib, MEK ilə Rami Kitabxanası arasında imzalanmış “Qardaş Kitabxanalar Anlaşma Memorandumu”, eləcə də MEK ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında imzalanmış əməkdaşlıq memorandumu barədə məlumat verib, il ərzində müxtəlif ölkələrin kitabxanalarının rəhbərlərinin MEK-də olduqlarını qeyd edib.

Direktor, bundan başqa, kitabxananın oxucularına “Britannica Academic Edition” elmi məlumat bazasına ödənişsiz giriş və “ProQuest Central” akademik məlumat bazasından istifadə imkanları təqdim etdiyini bildirib.

Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanan nəşrlər, biblioqrafik göstəricilər, dərc olunan kitablar, keçirilən sərgi və açıq qapı günləri və s. tədbirləri də diqqətə çatdırıb.

Daha sonra müzakirələr aparılıb, AMEA Rəyasət Heyətinin qərarı ilə MEK-in hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri