Anatoli Kaşpirovskinin son arzusu məlum oldu KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Məşhur psixoterapevt Anatoli Kaşpirovski sağlığında vəfatından sonra kremasiya olunmaq istədiyini bildirsə də, hazırda onun ənənəvi qaydada dəfn edilməsi məsələsi müzakirə olunur.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxın qohumu Yuri Mamayev “RİA Novosti”yə açıqlamasında bildirib.
“Anatoli Mixayloviç öz istəyini şəxsən mənə və oğlu Sergeyə çoxdan bildirmişdi. Onun arzusu bədəninin kremasiya edilməsi, yəni yandırılması idi”, – deyə Mamayev bildirib.
O, həmçinin əlavə edib ki, Kaşpirovskinin ömrünün son illərində onun səhhəti ilə bağlı mediada və ictimaiyyətdə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Mamayevin sözlərinə görə, psixoterapevt mədənin onkoloji xəstəliyi fonunda inkişaf edən çoxsaylı orqan çatışmazlığı (poliorqan çatışmazlığı) səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, Anatoli Kaşpirovski oktyabrın 3-də 87 yaşında vəfat edib.
Baxış sayı:109
Bu xəbər 04 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















