“Ancaq yağış yağanda belə olsa, dərd yarı...” Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Qara Qarayev, Özbəkistan küçəsi 6 ünvanında 10 gündən bir kanalizasiya suları daşır”.
Bu müraciətlə “Qafqazinfo”ya ərazidə yaşayan sakinlər müraciət edib.
Onların sözlərinə görə, kanalizasiya suları mütəmadi olaraq yolboyu daşaraq ətrafa yayılır: “Bu hal həm piyadaların, həm sürücülərin, həm də ərazidə yaşayan sakinlərin hərəkətində çətinlik yaradır. Küçədən yayılan kəskin və xoşagəlməz qoxu isə vəziyyəti daha da dözülməz edir”.
Vətəndaşlar, həmçinin qeyd ediblər ki, problem yağışlı hava şəraiti ilə əlaqəli deyil: “Ancaq yağış yağanda belə olsa, dərd yarı... Bu ərazidəki binaların kanalizasiya suları təxminən hər 10 gündən bir eyni ərazidə daşır. Qoxudan isə durmaq mümkün deyil. İstəyirik ki, bu problemə bir çarə tapılsın”.
Məsələ ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC-yə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, sözügedən ünvanda tullantı su xəttində tutulma bir neçə gün öncə aradan qaldırılıb: “Sakinlərin vaxtaşırı şəbəkəyə məişət tullantıları atması nəticəsində xətdə tutulma baş verib. Xüsusilə bildiririk ki, tullantı su xətti yalnız tullantı suyu axıtmaq üçündür.
Kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar məişət tullantıları (salfet, qida qalıqları, sellofan və s.) atmaq yolverilməzdir. Nəticədə bu qalıqlar yığılaraq xətdə tutulma yaradır, ərazidə antisanitar və xoşagəlməz mənzərə yaranır.
Bu halın təkrarlanması vətəndaşlardan tullantıların təyinatı üzrə atılmasına və kanalizasiya xətlərindən düzgün istifadə qaydalarına riayət etmələri xahiş olunur”.
Fidan Etibar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















