Icma.az
close
up
RU
Ancelina Coli dəbdəbəli evini satır...

Ancelina Coli dəbdəbəli evini satır...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın ən gözəl qadını necə yaşayır..?

...Dəfələrlə planetin ən gözəl qadını seçilən Hollivud aktrisası əfsanəvi kinorejissor Sesil B.DeMillin dəbdəbəli malikanəsi ilə vidalaşmağı planlaşdırır. O, mülkü 2017-ci ildə 24,5 milyon dollara alıb.

Ancelina Coli Los-Ancelesin prestijli Los Feliz bölgəsindəki tarixi malikanəsini satışa çıxarmağa hazırlaşır. 1913-cü ildə tikilmiş evdə 1959-cu ildə vəfat edənə qədər "On əmr" adlı kult filminin məşhur rejissoru təxminən 40 il yaşayıb.

SİA-nın məlumatına görə, bu barədə Page Six yazıb.

Colinin mənzili...

Malikanənin altı yataq otağı, 10 vanna otağı, dörd kamin, böyük şərab zirzəmisi və çay evi var. Əmlak Qriffit Rəsədxanasına baxır.

Sahəyə bağlar və şəlaləli fəvvarələri olan hovuz daxildir. Pandemiya zamanı Coli uşaqları ilə birlikdə bu evdə təcrid olunub.

Aktrisa bu ilin əvvəlində ərazidə baş verən meşə yanğınlarından zərər çəkən dostlarına da sığınacaq verib.

Coli 2021-ci ildə Britaniyanın Vogue jurnalına keçmiş əri Brad Pittə istinad edərək, “...mən onların atalarına yaxın olmasını istədim, onlar beş dəqiqəlik məsafədədir”,-deyib.

Pittdən boşanma...

Cütlük 2016-cı ildə boşandı və səkkiz il var-dövlət, altı uşağının qəyyumluğu uğrunda mübarizə apardılar.

Əsas məsələlər keçən il həll olunsa da, keçmiş həyat yoldaşları 500 milyon dollar dəyərində olan Fransız şərab zavodu Chateau Miraval üzərində hələ də mübahisə edir.

Evin özü haqqında Coli deyir ki, “...içəri girərkən bir az təzyiq hiss etdim. Sanki DeMille və Çaplinin əyləşdiyi yerə girirdim. Ən çox bəyəndiyim odur ki, orada əyləncə otağı yoxdur, amma gəzmək və düşünmək üçün çoxlu yollar və yerlər var. Özümü çox xoşbəxt hiss edirəm”.

Ev zərif qəlibləri, panelləri, oturma yerlərini və tağlı fransız qapılarını qoruyaraq bərpa edilmiş və yenilənmişdir. Ancelina Colinin nümayəndələri malikanənin mümkün satışı ilə bağlı məlumatı hələlik şərh etməyiblər.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Avqust 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri