Ançelotti Fransadakı iğtişaşlardan danışdı: Lilldə mağazalar dağıdılıb
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Lill”in baş məşqçisi Davide Ançelotti Fransada keçirilən etiraz aksiyaları və onların iğtişaşlara çevrilməsi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz RMC Sport nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Lill şəhərində gördüyü mənzərədən məyus olduğunu bildirib.
“Mən küçəyə o qədər də tez-tez çıxmıram, çünki Lillin köhnə şəhər hissəsində yaşayıram. Bu vəziyyət məni çox məyus edir. Əvvəllər getdiyim bir çox mağazadan indi əsər-əlamət qalmayıb. Bu, çox kədərlidir. Əlbəttə, həll yolları təklif etmək mənim işim deyil. Amma Lill sakini kimi gördüklərim məni dərindən məyus edir”, – deyə Ançelotti vurğulayıb.
Qeyd edək ki, Fransada sentyabr ayında məktəblilərin etirazları ilə başlayan aksiyalar sonradan ümummilli hərəkata çevrilib. Ötən həftə Parisdə və ölkənin digər iri şəhərlərində keçirilən nümayişələrin bir çoxu iğtişaşlarla müşayiət olunub.
“Lill” isə Liqa 1-də yeddi turdan sonra 14 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Baxış sayı:91
Bu xəbər 20 Oktyabr 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















