Ançelotti ilə müqavilənin maliyyə tərəfi məlum oldu
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real"dan ayrılmağa hazırlaşan Karlo Ançelottinin Braziliya millisi ilə mümkün müqaviləsinin maliyyə şərtləri müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə ilkin razılaşmasına əsasən, aylıq 625 min avro qazanacaq. Bundan əlavə, Braziliya millisinin 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə mütəxəssis 5 milyon avro mükafat da alacaq.
Müqaviləyə həmçinin bəzi üstünlüklər daxildir. Bunlardan biri də məşqçinin bir neçə dəfə Avropaya səyahət etməsi üçün şəxsi təyyarə ayrılmasıdır. İtaliyalı mütəxəssis 14 ay, yəni dünya çempionatının sonuna kimi komandaya rəhbərlik etməli olacaq. Müqaviləyə Braziliya millisi ilə “Real” arasında yoldaşlıq oyununun təşkili də daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















