Ançelottinin təyinatında saxtakarlıq izi Araşdırma başladı
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FİFA Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunması ilə bağlı araşdırmalara başlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə Braziliya Futbol Konfederasiyası (CBF) arasında müqavilənin bağlanması prosesində futbol agentlərinin fəaliyyət qaydaları pozulmuş ola bilər.
Bildirilib ki, italiyalı çalışdırıcının 1,2 milyon avro komissiya borcu olan nümayəndəsi Dieqo Fernandesin tərəflər arasındakı əməliyyatda vasitəçilik etmək üçün tələb olunan fərdi lisenziyası yoxdur.
FİFA CBF-dən D.Fernandezlə əlaqə saxlamağı və müqavilə ilə bağlı bütün məlumatları, həmçinin sözləşmənin surətlərini tələb edir.
Qeyd edək ki, K.Ançelotti mayın 12-də rəsmən Braziliya yığmasının baş məşqçisi təyin olunub.
Baxış sayı:94
Bu xəbər 30 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















